Müsahibə
Rəhman Hətəmov: “Qızıllar mənim üçün böyük hədiyyə idi” - MÜSAHİBƏ
Bu gün karate üzrə milli komandamızın keçmiş baş məşqçisi, hazırda Azərbaycan Milli Karate Federasiyasının I vitse-prezidenti kimi fəaliyyət göstərən Rəhman Hətəmovun ad günüdür. Təcrübəli idman xadimi 41 yaşını qeyd edir. Bu münasibətlə Rəhman müəllimi təbrik edib, söhbətləşmək qərarına gəldik.
Publika.az-a müsahibə verən vitse-prezident ad gününü kimlərlə keçirəcəyi barədə, həmçinin aldığı ən gözəl hədiyyədən danışdı.
Xatırlatma...
Rəhman Hətəmov uzun illər karate üzrə milli komandanın baş məşqçisi işləyib. Baş məşqçi kimi fəaliyyət göstərdiyi dövrdə o, komanda ilə İslam Oyunlarının və Avropa çempionatının qalibi olmaqla yanaşı, 1-ci Avropa oyunları başda olmaqla Avropa və dünya çempionatlarında, həmçinin nüfuzlu Premyer Liqa turnirlərində yüksək nəticələr göstərib. R.Hətəmov əməkdar məşqçi və əməkdar idman xadimi statuslarına sahibdir.
- Rəhman müəllim, ilk olaraq ad gününüzü təbrik edirik.
- Təşəkkür edirəm.
- Ad gününüzü necə keçirməyi planlaşdırırsız?
- Dünən ailəmlə qeyd etdim. Bir azdan komanda ilə, axşam da dostlarımla olacam.
- Ümumiyyətlə böyük ad günü yığıncaqları kecirməklə aranız necədir?
- Belə də... Həvəskarı deyiləm. Keçən il 40 yaşımı keçirtməmişdim (gülür)...
- Kimdənsə xüsusi olaraq gözlədiyniz hədiyyə var?
- Hələ ki, gün bitməyib (gülür)... Amma qeyd edim ki, mənim üçün ən böyük hədiyyə ailəmin sağ-salamat olmasıdır. Təbii ki, builki ad günüm üçün gözəl hədiyyəni öncədən aldım - 2015-ci ildə... Belə ki, idmançılarımız Avropa Oyunlarında 4 qızıl medal qazandı. Bunun özü mənim üçün böyük hədiyyə idi.
- Həyatda əldə etdiklərinizdən razısızmı? Yoxsa daha böyük yerlərdə ola bilərdim deyə düşünürsünüz?
- Bu günə şükürlər olsun!
- Başqa hansısa idman növünə marağınız olub? Olubsa onu seçməməyinizə nə mane olub?
- Mən akrobatika, futbol və cüdo ilə də məşğul olmuşam. Müəyyən maraqlı hadisələr səbəbindən bu idman növlərindən çıxmışam. Sonda qardaşımızn icazəsiylə karate idman növüylə məşğul olmağa başladım. Çünki o, məni bu idmana yazdırdı. Qardaşım özü də karate ilə məşğul idi.
- Karate sizə daha çox nə verib? Həyatda daha çox özünüzü müdafiə etməyə kömək edib, yoxsa məşhurlaşdırıb?
- İkinci cavab daha düzgün olardı...
Aygün İlqarqızı
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
























.jpg)











.jpg)

.jpg)