Müsahibə
Aydın Əliyev: “Hamı üçün eyni şərait yaradılıb” – MÜSAHİBƏ – VİDEO
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ANS TV-nin "Hesabat" verilişinin qonağı olub, sualları cavablandırıb.
Publika.az müsahibədən qısa çıxarışı və video
versiyasını təqdim edir:
- İndiyəcən kütləvi informasiya vasitələrində, müxtəlif səviyyələrdə Azərbaycanın gömrük sistemini tənqid edən opponentləriniz daha çox inhisarçılıqda günahlandırırdılar. Bu il yanvar ayının birindən başlayaraq bu opponentlərin arqumentlərinin birmənalı şəkildə aradan qalxacağını və inhisarçılığın tamamilə ləğv olunacağını demək olarmı?
- Açıq bazardı, kim nə gətirir gətirsin, hamı üçün eyni rəqabət
yaradılıb. Sahibkar davamlı olaraq daxili bazara gətirdiyi məhsulu
və ya istehsal etdiyi məhsulu sata bilərsə və s. artıq bu, o
deməkdir ki, azad ticarətdir. Bu şərait hamı üçün yaradılıb.
Dəfələrlə sahibkarlara müraciət etmişəm ki, gətirin və gömrük
orqanlarına müraciət edib qanuni sənədlər əsasında bəyan edin.
Dövlət büdcəsinə çatası vergi rüsumlarını ödəyin və daxili bazara
mallarınızı çıxarın.
- On min dollarlıq icazə ləğv olundu. Bunun problemləri nə
idi və niyə ləğv edildi?
- Bu sərəncam yalnız şəxsi tələbat malları üçün nəzərdə tutulurdu.
Təəssüflər olsun ki, əhalinin böyük bir hissəsi bunu belə qəbul
eləmədi və hətta qüvvəyə minməsindən əvvəl də sui-istifadə
hallarına cəhdlər edilirdi.
İkinci bir məsələ - manatın devalvasiyası prosesindən sonra artıq bu, valyutanın xaricə axınına səbəb ola bilərdi.
Müsahibəyə daha
ətraflı aşağıdakı videomaterialda baxa
bilərsiniz:
-
Səhiyyə21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin120:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin120:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin119:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO
-
Hadisə18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı
-
Nida Xəbər 16:03Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
-
Nida Xəbər 15:50Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi
























.jpg)






.jpg)

