Burak Özçivit: “Bir-birimizi çox istəyirik” – MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Burak Özçivit: “Bir-birimizi çox istəyirik” – MÜSAHİBƏ

Ötən gün Nizami Kino Mərkəzində türkiyəli aktyor Burak Özçivitlə aktrisa Əsli Ənvərin və müğənni Murad Bozun baş rollarda çəkildiyi “Kardeşim benim” filminin qala gecəsi keçirilib.

Publika.az xəbər verir ki, qala gecəsindən sonra mətbuat konfransı keçirən məşhur ulduzlar filmlə bağlı bütün sualları cavablandırıblar.

Xatırlada ki, Murad Boz işlərinin çoxluğundan dolayı filmin Bakıda keçirilən təqdimat mərasiminə gələ bilməyib.

- Bakıda belə çoşqu ilə qarşılaşacağınızı gözləyirdiniz?

B.Ö: - Qardaş ölkə sevgisini bizdən əsirgəmir. Bu, ilk səfərim deyil. Ötən il də Bakıya gələndə belə sevgi görmüşdüm. Ona görə də indiki izdihama təəccüblənmədim. Yaxşı qarşılanacağımızı bilirdim. Gələn il yenə gələcəyik. Siz belə sevgi və diqqət göstərdikcə, biz mütəmadi gələcəyik.

- Əslı xanım, şəhəri gəzə bildiniz?

Ə.Ə: - Bakıya ilk gəlişimdir. Şəhərləri kəşf etməyi sevən insanam. Bakını ancaq bir neçə saat gəzmək imkanımız oldu. Amma şəhəri çox bəyəndim.

- Burak bəy, filmdəki rolunuzla ortaq və fərqli cəhətləriniz var?

B.Ö: - İkimiz arasında çox böyük fərqlər var. Filmdə Hakan həyatda qarşılaşdığı çətinliklərə görə, həyata fərqli baxış bucağı olan, daha sərt insandır. Burak isə xasiyyətcə daha mülayim və yumşaq insandır.

- Filmdə rok musiqiçisisiniz. Bəs həyatda nə cür musiqilər dinləyirsiniz?

B.Ö: - Musiqi janrları arasında fərq qoymuram. Bütün gözəl musiqiləri dinləyirəm. Əlbəttə, rolum tələb etdiyi üçün rok musiqisini öyrənməyə çalışdım. Amma filmin əsas mövzusu musiqi deyil. Filmdə iki qardaşın bir-biri ilə mənəvi bağlılığı və yaxınlığından söhbət gedir.

- Əsli xamım, filmdə jurnalist rolundasınız. Bu peşənin necə çətin olduğu ilə razılaşırsınız?

Ə.Ə: - Dostlar, həqiqətən də çox çətin işdir. (Gülür)

- Məşhur insanların kaprizli olduğunu nəzərə alsaq, 3 məşhurun bir filmdə çəkilməsi çətin olmadı?

B.Ö: - Əlbəttə, yox. Filmdə rol alan bütün aktyorlar bir-birini tamamlayırdı. Kaprizlərimiz olmadı. Həm də ssenari yazılmazdan əvvəl aktyorlarla bu barədə söhbət etmişik. Ümumiyyətlə, belə işlər kaprizlə ərsəyə gələ bilməz.

- Filmin rejossorlarından biri də sizsiniz. Əsas qəhrəmanları necə seçdiniz?

B.Ö: - Murad Bozla uzun illərdir dostuq. Qardaşlar barədə film çəkmək istədiyimi ona danışmışdım. Həmçinin bu rola onu uyğun gördüyümü dedim, o da sağ olsun, razılıq verdi. Bu rola Murad Bozu çəkməyinin digər səbəbi də türk xalqının onu çox sevməsidir. Bununla bərabər ikimiz də ailəcanlıyıq. Bir-birimizi də çox istəyirik. İkimizin enerjisini tamamlayan aktrisa isə Əsli ola bilərdi.

- Film bir çox şəhərlərdə maraqla qarşılanıb. “Kardeşim benim ”in 2-ci hissəsini çəkməyi düşünürsünüzmü?

B.Ö: - Filmin ikinci hissəsinin olub-olmayacağını bilmirik. Buna biz qərar verə bilmərik, tamaşaçılar bəyənsə, bəlkə də ola bilər. Çəkilişlər çox gözəl keçdi. İndi də bir araya gələndə danışır, o anları xatırlayırıq.

- Əsli xanım, həyatda da filmdəki kimi tez aşiq olursunuz?

Ə.Ə: Yox.

- Filmə hazırlıq prosesi necə keçdi?

Ə.Ə: - Filmin ssenarisi mənə çəkilişə bir neçə gün qalmış gəldi. Rejissorla görüşüb bu qədər qısa müddətdə yaxşı bir iş ortaya çıxara bilməyəcəyimi dedim. Amma Muradla Burak məni hər şeyin qaydasında olacağına inandırdılar. Yaxşı ki, inandırdılar. Bu filmdə rol almaqdan çox məmnunam.

- Burak bəy, filmin başlanğıcında bir səhnə diqqətimi çəkdi. İki qardaş atasını itirib. Amma heç birinin üzündə kədər hiss olunmur. Atanızın ölümünü çox sakit qarşılayırsınız.

- Əslində, filmin ən maraqlı səhnələrindən biridir. Biz əyləncəli film çəkdiyimiz üçün qəhrəmanların acı çəkdiyini göstərmək istəmədik.

Burak bəy və Əsli xanım bu sual hər ikinizədir. Hollvud ulduzlarından kimlə bir filmə çəkilmək istərdiniz?

Ə.Ə: - Leonardo Dikaprionu aktyor kimi çox bəyənirəm.

B.Ö: - Mənim heç bir fikrim yoxdur.

Aytən

FOTO: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm