Müsahibə
Sevdaya elçi düşdülər: “Yazır ki, gəlib səni alacam”- MÜSAHİBƏ/FOTOLAR
Onu qalmaqallara çəkənlər çox olsa da, belə məqamlarda özünü soyuqqanlı aparmağı bacarır. Gündəm naminə dedi-qodu etmək onun taktikasına yaddır. Ütancaqlığı ilə sənəti heç uyuşmayan müğənni Sevda Yəhyayevanı deyirəm.
Sevdanın Publika.az-a müsahibəsini təqdim edirik.
- Az-az görünürsən, bu sənin taktikandır?
- Hesab edirəm ki, ortaya işlə çıxmaq lazımdır, mən də belə edirəm.
- Amma həmkarlarının əksəriyyəti lazım olanda gündəm naminə dedi-qodu edir, bir-birlərinin ünvanına kəskin fikirlər səsləndirir…
- Maşallah olsun, çox qəribədir ki, mən bunsuz da gündəmdəyəm. Mən əslində bu stereotipi qırdım. Hər kəsə demək istədim ki, qalmaqalsız da gündəmdə olmaq mümkündür.
- Amma sənə də söz atanlar olur?
- Dəfələrlə belə situasiyalarla qarşılaşmışam. Az qala o qalmaqalların ortasında ola bilərdim də, amma buna özüm şərait yaratmamışam. Özümün canımda da yoxdur. Davanı, kiminləsə mübahisə etməyi sevmirəm.
- Olubmu ki, kimsə sənə haqsızlıq edib və qapını arxadan bağlayıb göz yaşı axıtmısan?
- Çox olub. Bir neçə il bundan əvvəl belə hallar tez-tez yaşanırdı, hansısa bir layihə ərəfəsində qara piar başlanırdı, şayiələr yayılırdı. Çox pis olurdum, bütün günü ağlayırdım. Çox şükür olsun ki, indi hər şeyə daha real baxıram.
- İndiyə qədər haqqında yayılan ən dəhşətli şayiə hansı olub?
- Bir-iki ay bundan əvvəl sosial şəbəkədə, qadın qrupların birində yazmışdılar ki, gənc müğənni Sevda Yəhyayeva avtomobil qəzasına düşüb və dünyasını dəyişdi. Məni tanıyan insanlar bu xəbərdən təşvişə düşmüşdülər və hər kəs məni axtarıb həyəcanını bildirirdi. Mən də öz səhifəmdə yazdım ki, sağ-salamatam, bu şayiə kim tərəfindən yazılıbsa ayıb olsun.
- Özünü insan sərrafı sayırsan?
- İnsanı ilk gördüyüm anda barəsində fikir söyləyə bilirəm. Zaman keçdikcə görürəm ki, zəndimdə yanılmamışam.
- İnsanların hansı xüsusiyyəti səndə qıcıq doğurur?
- Yalan. Nə olur-olsun yalan olmasın. Acı olsun, amma həqiqət olsun.
- Həmişə səmimi ola bilirsən?
- Həddən artıq səmimiyyət gic insanlarda ola bilər. Səmimi olmalısan, amma həddində. Mən belə hesab edirəm ki, insan həddən artıq səmimidirsə, onda nəsə çatışmazlıq var. Baxır sən hansı yerdə, hansı məqamda səmimi ola bilərsən. Hər yerdə, hər məqamda səmimi olmaq mümkün deyil.
- Yanında özün ola biləcəyin adamlar çoxdur?
- Həmişə çalışıram özüm olum. Amma rahatçılıq baxımından öz yaxınlarımın yanında daha səmimi oluram.
- Yalandan üzünə gülümsəyib keçdiyin adamlar da olur yəqin?
- O heç, bu bizim işimizdir. Bəzən evdən çıxanda əhval-ruhiyyəmiz yerində olmur, ya xəstələnirik. Bunu başqalarına hiss etdirməyin nə mənası var? Bu başqalarına maraqlı da deyil. Çalışıram insanlarla mehriban olum, hətta əsəbi olsam da. Hətta elə məqam olub ki, hansısa tədbirdə ağrılar içində qovrulmuşam, amma bunu heç kimə hiss etdirməmişəm.
- Hətta ən gözəl qadının da belə kompleksləri olur. Maraqlıdır, sənin komplekslərin varmı?
- Utancaqlığım məndə kompleks yaradır. Bu da xasiyyətimdən irəli gəlir. Tam rahat ola bilmirəm, tanımadığım insanlar arasında sıxılıram, çərçivəyə düşürəm.
- Bəs xarici görünüşünlə bağlı komplekslərin varmı?
- Əlbəttə var. Bu da çəki almaqla bağlıdır. Çəkim artan kimi birinci növbədə üzüm başlayır toppuşlaşmağa. Çöhrəm qoğal kimi olur. Buna görə də fikirləşirəm ki, görən nə yeyim ki, çəkim artmasın. Bəzən olur axı, özümüzə nəzarət edə bilmirik, nə gəldi yeyirik, sonra da başlayırıq kilo almağa.
- Üzün toppuş olması niyə səndə kompleks yaradır ki? Bir çox xanım həmkarların buna süni yolla nail olur, səndə isə təbiidir?
- Ona görə ki, indi kameralar da adamı göründüyündən qat-qat kök göstərir. Həm də bir də görürsən sosial şəbəkələrdə yazırlar ki, yanaqları silikondur, bunun nə yaşı var ki, indidən sifətini silikonla doldurub və s. Baxmayaraq ki, uşaqlıq fotolarımı dəfələrlə indiki şəkillərimlə yanaşı qoyub paylaşmışam, yazmışam ki, baxın, mənim öz yanaqlarım belədir.
- Səncə, vicudunda sənə gözəllik verən nədir?
- Deyilənə görə simam, üz cizgilərim. Amma mən özümü gözəl qız saymıram. Hətta mənə deyirlər ki, siman uşaq simasına bənzəyir, qocalanda da sənə yaş vermək olmayacaq.
- Yaşlanmaqdan söz düşmüşkən, sənin anlamında yaş üstünə yaşın gəlməsi qadın üçün nəyə işarədir?
- Mənim üçün yaşlanmaq həyat təcrübəsidir.
- Evdə demirlər ki, Sevda artıq ərə etmək vaxtındır?
- Deyirlər və bunu özüm-özümə də deyirəm. Bu vaxta qədər karyera, yaradıcılıq barədə düşünürdüm. Artıq bəlli bir yaşa gəlib çatmışam. Ətrafımda olan dostlarım, tanıdıqlarım, rəfiqələrim artıq ailə qurublar, uşaqları var. Mən də istəyirəm ki, ailəm və övladlarım olsun.
- Real namizəd varmı?
- Hələ ki, yoxdur, Allah nə vaxt qismət eləsə, o zaman olacaq.
- Sevgizis ailə qurarsan?
- Heç nə deyə bilmərəm, amma istəyirəm ki, sevib ailə qurum, rəfiqələrim kimi gözəl toyum olsun.
- Sən belə hesab edirsən ki, oğlan yaraşıqlı olmalıdır?
- Yox, mən onun yanında yaraşıqlı olmalıyam.
- Bəs hansı keyfiyyətlərin mütləq şəkildə onda olmasını arzulayırsan?
- Onu deyə bilmərəm. Amma istəyirəm ki, məni duyan, mənə dəyər verən, məni olduğum kimi qəbul edən, məni xoşbəxt edən biri ilə ailə qurum. Onun xarici görünüşü mənim üçün önəmli deyil.
- Sevgi etirafları çox olar yəqin?
- Sosial şəbəkədə çox yazırlar. İrandan, Türkiyədən, Qazaxıstandan eşq etirafları olur. Qazaxıstandan biri şəklimin altında həmişə elə hey yazır ki, gəlib səni alacam, gəlib səni alacam.
- Reaksiyan necə olur?
- Heç birini qırmıram.
- Mesajları silirsən?
- Telefonuma gələn mesajlar yer tutanda silirəm. Əslində nömrəmi yalnız yaxınlarım bilir. Telefonuma da məni tanıyanlar yazır. Başqaları yalnız sosial şəbəkədə yazırlar.
- İndiyə qədər səni təsirləndirən elə bir sevgi mesajı olubmu?
- Yox, hamısı yazır ki, səni çox sevirəm.
- Məşhur olmağın çətinlikləri varmı?
- Yox, məşhurluq qətiyyən mənə mane olmur. Bəzən deyirlər ki, ictimai yerlərdə bu çətinliklər yaradır. Amma mənə mane olmur.
- Çox sakit siman var, adama elə gəlir ki, heç vaxt əsəbiləşməzsən...
- Yox, mən əsəbiləşəndə çox pis əsəbiləşirəm.
- Qəzəbli olanda ən sərt reaksiyan necə olur?
- Situasiyadan asılıdır. Həmin dəqiqə acılaya da bilərəm, amma beş dəqiqədən sonra sakitləşirəm.
- Leksikonunda bağışlamaq sözü varmı?
- Səhv məndədirsə, üzr istəyirəm və bunu ayıb bilmirəm. Amma əsəbiləşdiyim anlar olur, özümü idarə edə bilmirəm, nəsə deyirəm, bu da uzun sürmür.
Cəvahir
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO