Yaxın Şərq
Netanyahu əlini masaya BƏRK VURDU - Putinin adamları əliboş QAYIDIR
İsrailin baş naziri Benyamin Netanyahu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Qüdsdə görüşdə İran qoşunlarının Qolan təpələrindən geri çəkilməsi haqqında Rusiya tərəfinin təklifini rədd edib.
Publika.az xəbər verir ki, bu haqda danışıqların gedişi ilə tanış olan məmura istinadən “Röyters” agentliyi bildirib.
Məmur qeyd edib ki, Rusiyanın irəli sürdüyü təklifin mahiyyəti İran qoşunlarının atəş xəttindən 100 kilometr aparılmasından ibarət idi. Mənbənin sözlərinə görə, Netanyahu Lavrova “biz iranlılara hətta sərhəddən 100 kilometrdə möhkəmlənməyə imkan verməyəcəyik” deyib.
“Haaretz” qəzetinin yazdığına görə, ikisaatlıq görüşün gedişatında İsrail tərəfi Suriyada İran güclərinin yerləşməsinin xəritələrini nümayiş etdirib və atəş mənzili 100 kilometr olan bütün silahlar və hava hücumundan müdafiə vasitələrinin aparılmasını, həmçinin yüksək dəqiqlikli silahların istehsalının dayandırılmasını və belə silahların çatdırılmasına maneə olmaq üçün Suriya və Livanın sərhədlərinin bağlanmasını tələb edib. Netahyahu bildirib ki, Rusiyanın buna nəzarət etmək imkanları var.
Qeyd edək ki, bu gün Sergey Lavrov və Rusiya Silahlı qüvvələrinin Baş qərargahının başçısı Valeri Gerasimov İsraildə bu ölkənin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Rusiyanın Xarici İşlər Nazirliyinin xəbərinə görə, görüşdə Suriyanın cənubunda terrorçuluğa qarşı əməliyyatın tamamlanması və İsrailin sərhədləri boyu təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edilib.
“Tərəflər söhbətin gedişatında Yaxın Şərq gündəliyinin müxtəlif aspektlərini, həmçinin Suriya və onun ətrafındakı vəziyyəti müzakirə ediblər”, - xəbərdə deyilir.
ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin iyulun 16-da Helsinkidə keçirdiyi görüşdən əvvəl gözlənilirdi ki, prezidentlər Suriyanın cənubunda İran gücləri və iranmeylli qrupların İsrail sərhədindən aparılması haqqında razılaşa bilərlər. “Bloomberg” agentliyi yazırdı ki, Putin regionda İran güclərinin Dəməşqə loyal qüvvələrlə əvəzlənməsi haqqında ABŞ və İsrailin təklifləriylə prinsipial olaraq razılaşıb.
Görüşdən sonra Suriya üzrə konkret razılaşmaların əldə olunduğu barədə informasiya verilmədi, ancaq Tramp bildirdi ki, İsrailə kömək etmək üçün Suriyada Rusiya ilə əməkdaşlıq etmək istəyərdi.
Ömər Dağlı
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya17 Avqust 18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş
-
Dünya17 Avqust 17:38Bu ölkəyə məxsus təyyarə Rusiya sərhədi yaxınlığında kəşfiyyat aparır
-
Sosial17 Avqust 16:22Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

























.jpg)










