Yaxın Şərq
Rus təyyarəsini vuran İsraildən Putinə SƏRT MESAJ: “Rəhm etməyəcəyik”
İsrail dünən Suriyanın Rusiya istehsalı olan “Sukhoi” tipli döyüş təyyarəsini vurdu. Təyyarə Golan təpələrinin cənubunda yerə düşüb. Suriya tərəfi xəbəri təsdiqlədi.
Publika.az xəbər verir ki, “Die Welt” nəşrinin
siyasi şərhçisi Rixard Hersinqer hadisəni şərh edib. O deyib ki,
“Vurulan təyyarə Putinə xəbərdarlıqdır”.
Siyasi şərhçi qeyd edir ki, İsrail Suriyada İran mövqelərini
bombalayır və Rusiya buna hələlik göz yumur.
“Ortada razılıq var və İsrail Rusiya mövqelərinə hücum etmir. Lakin
bu razılaşmada çoxlu çatlar meydana çıxır. İsrail istəyir ki,
Moskva Suriyada İrana qarşı çıxsın, amma rusların vədləri
dumanlıdır. Putinə və onun strateqlərinə aydındır ki, İrana bağlı
döyüşçülər olmasa Əsəd rejimi bir gün tab gətirə bilməz. Və bu gün
Suriya ordusunda Əsədə bağlı və İrana bağlı qüvvələri bir-birindən
ayırmaq praktiki olaraq mümkün deyil. İran döyüşçüləri son vaxtlar
İsrailin hücumlarından yayınmaq üçün Suriya hərbi formasını
geyinirlər. Rusiya Əsəd rejimi ilə İsrail qarşıdurmasının qarşını
almaq üçün Yerusəlimə müəyyən təkliflər verir. Lakin göründüyü
kimi, Netanyahu Putinin səmimiyyətinə inanmır. Kremlə siqnal
verilir ki, İsrail onun qəyyumluq etdiyi Əsədə rəhm etməyəcək.
Suriyaya məxsus rus istehsalı təyyarənin vurulması da bu mesajın
tərkib hissəsidir”, - deyə Rixard Hersinqer vurğulayıb.
Asif
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Avropa15:30Kiyev şokda: Bolqarıstan daha Ukraynaya silah tədarük etməyəcək
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA




























.png)








