Yaxın Şərq
Milyonlarla müsəlmana NAMAZ QADAĞASI: bundan sonra...
Hindistanın dünyaca məşhur tarixi abidəsi olan Tac-Mahalda müsəlmanlara namaz qılmaq qadağan edilib.
Publika.az xəbər verir ki, qərar Hindistan Ali Məhkəməsi tərəfindən qəbul olunub.
Hindistan Arxeoloji Araşdırmalar Qurumu da Tac-Mahalda namaz qılınmasının qadağan edildiyini açıqlayıb. Qurum türbədə dəstəmaz almaq üçün istifadə edilən su çənini möhürləyib.
Tac-Mahal İntizam Komitəsinin sədri İbrahim Hüseyn qərara sərt reaksiya verib. Sədr bildirib ki, həm mərkəzi hökumət, həm də yerli idarəetmə müsəlmanlara qarşıdır. Qadağanın isə heç bir məntiqi əsası yoxdur.
Qeyd edək ki, daha öncə şəhər kənarından gələnlərin tarixi abidədə cümə namazı qılması qadağan edilmişdi. Bu qərardan sonra isə gündəlik namaz qılmaq ritualı da qadağan edilib.
Bundan sonra məsciddə sadəcə yerli əhali namaz qıla biləcək.

-
Magazin123:55Pərvindən şəxsi həyatı ilə bağlı ETİRAF - Hamısı ilə nişanlı olmuşam
-
İdman23:39"Qarabağ" "Ayaks"a məğlub oldu - VİDEO/YENİL ƏNDİ
-
Art22:36Daha bir ölkə İsrailə görə “Eurovision 2026”dan imtina etdi
-
MDB21:57Rusiyada bazarda güclü YANĞIN: partlayış səsləri eşidildi - Xəsarət alanlar var
-
Elm və təhsil20:10Nazir rəydə ona təşəkkür etmişdi: Gündəm olan müəllim DANIŞDI - VİDEO
-
Sosial20:00Bakıda daha bir məşhur bazar SÖKÜLÜR
-
İdman19:50“Qarabağ” – “Ayaks” oyunu təxirə salınır? - Klub açıqladı
-
Elm və təhsil18:50Yeni təyin olunan rektor kimdir? - DOSYE



























.jpg)








