Yaxın Şərq
Səudiyyə şahzadəsi gizli görüşdə Trampa ULTİMATUM göndərdi: "İcazə verməyəcəm"
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman ötən həftə paytaxt Riyadda ABŞ hökumətinə yaxın bir qrup amerikalı yevangelist (xristianlığı yayan şəxslər) ilə toplantıya qatılıb.
Publika.az xəbər verir ki, şahzadə Türkiyənin İstanbul şəhərində yerləşən Səudiyyə Ərəbistanının Baş Konsulluğunda müəmmalı şəkildə qətlə yetirilən ərəbistanlı jurnalist Camal Qaşıqçının qatillərini cəzalandıracağını bildirib və bununla ABŞ-a özünü xoş göstərməyə çalışıb.
Bu iddialar Amerikanın “Aksion” xəbər saytına məxsusdur. Saytın verdiyi məlumata görə, şahzadə yevangelistlərin liderlərindən rica edib ki, bu hadisəyə dair diqqətlərin İranın üzərindən götürülməsinə icazə verilməsin.
Şahzadə ilə amerikalı dindarlar arasında baş tutan görüşün İsrail və ABŞ vətəndaşlığı olan, daha öncə İsrailin baş naziri Benyamin Netanyahunun məsləhətçisi kimi işləyən yevangelist Coel Rozenverq tərəfindən təşkil edildiyi bildirilir.
“Aksiona” müsahibə verən Rozenberq toplantı əsnasında səudiyyəli şahzadənin tez-tez Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə, İran və Rusiyanı tənqid etdiyini deyib.
Xəbərə görə, Məhəmməd ibn Salman amerikalılarla görüşdən ABŞ prezidenti Donald Trampa mesaj göndərmək üçün şərait olaraq istifadə edib:
“Şahzadənin iki mesajı vardı: Qaşıqçı cinayətinin qəbuledilməz olduğunu söyləyirdi və “Səudiyyə Ərəbistanı xalqının rifahını yaxşılaşdırmaq, “bizi İran, Müsəlman Qardaşlar, Əl-Qaidə, İŞİD terror təşkilatları kimi düşmənlərimizə qarşı qoruyacaq islahatlar həyata keçirmək mövzusunda mənə əngəl olacaqlarına icazə vermərəm” deyirdi”.
Zümrüd
-
İdman01:11Yaxşı olar ki, bir şey deməyim - Koxalski nəyə əsəbləşib?
-
İdman01:05Elvin məğlubiyyəti şərh etdi: Bu, Qurban Qurbanovun qərarıdır, qarışmasam yaxşıdır
-
İdman00:41Qurban Qurbanovdan məğlubiyyətə reaksiya
-
Magazin110 Dekabr 23:55Pərvindən şəxsi həyatı ilə bağlı ETİRAF - Hamısı ilə nişanlı olmuşam
-
İdman10 Dekabr 23:39"Qarabağ" "Ayaks"a məğlub oldu - VİDEO/YENİL ƏNDİ
-
Art10 Dekabr 22:36Daha bir ölkə İsrailə görə “Eurovision 2026”dan imtina etdi
-
MDB10 Dekabr 21:57Rusiyada bazarda güclü YANĞIN: partlayış səsləri eşidildi - Xəsarət alanlar var
-
Elm və təhsil10 Dekabr 20:10Nazir rəydə ona təşəkkür etmişdi: Gündəm olan müəllim DANIŞDI - VİDEO



























.jpg)








