Yaxın Şərq
Növbəti dünya müharibəsinin ittifaqları quruldu: 14 FEVRAL TARİXİNİN ŞOK ŞİFRƏLƏRİ
Fevralın 14-də Polşada və Rusiyada – Varşava və Soçidə Yaxın Şərq üzrə konfranslar paralel keçirildi. Onların iştirakçıları qeyri-stabil regionda əks geosiyasi blokların təmsilçiləridirlər.
Publika.az xəbər verir ki, bu haqda “İndependent” nəşrində politoloq, Lodzinq universitetinin müəllimi, Yaxın Şərq üzrə mütəxəssis Robert Çulda bildirib.
Varşavada keçirilən konfransa ABŞ-ın dövlət katibi Mayk Pompeo, vitse-prezident Mayk Pens və prezident Donald Trampın kürəkəni Cared Kuşner başçılıq etdi. Yaxın Şərq üzrə sülh konfransı anti-İran xarakteri ilə seçilirdi.
“Bütün region ölkələrinin liderləri onunla razılaşdılar ki, İran İslam Respublikası Yaxın Şərqdə sülh və təhlükəsizliyə ən böyük təhdiddir”, - Mayk Pens öz nitqində Pensi bildirdi.
Həmin vaxtda Rusiya, İran və Türkiyə liderləri – Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan Suriyada səkkizillik münaqişənin nəticələrinin aradan qaldırılması üçün Qara dənizin kurort şəhəri olan Soçidə toplaşdılar.
“Eynilə birinci və ya ikinci dünya müharibəsi zamanı yaranan vəziyyəti xatırladır. O vaxtlar iki düşərgə, iki ittifaq var idi. Burada, Varşavada sülh nizamlanması üzrə konfrans keçirilmir. O, ittifaqın yaradılmasına həsr edilmişdi. Rusiya üçün də həmçinin, dünyaya göstərmək çox əhəmiyyətlidir ki, o öz düşərgəsinin lideridir”, - politoloq hazırkı geosiyasi mənzərəni təsvir etməyə çalışıb.
ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk Varşava konfransının kuluarlarında çıxış edərək Soçi konfransını ciddi qəbul etməkdən imtina etdi və ABŞ-ın başçılıq etdiyi görüşün iştirakçılarının birliyini məmnunluqla qeyd etdi.
“Bunlar paralel proses deyil. Biz Rusiyanı dəvət edirdik və mən hesab edirəm ki, onlar bu imkanı qaçırtdılar”, - amerikalı diplomat qeyd edib.
Bu iki koalisiyada ciddi fikir ayrılıqları mövcuddur və potensial olaraq partlayış təhlükəsi olan ziddiyyətlər var. Həmçinin, Robert Çulda qeyd edir ki, Soçi sammiti kürd qruplaşmaları və ABŞ-ın nəzarət etdiyi Suriyanın şimal-şərq ərazilərinin gələcəyi barəsində Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanla fikir ayrılıqlarını üzrə çıxartdı:
“Ankaranın regionda öz hərbi planları var. Türkiyə kürd qruplaşmaları öz təhlükəsizliyi üçün təhdid hesab edir. Ərdoğan bu həftə kürd güclərinə ultimatum irəli sürdü və onlara bir neçə həftə vaxt verdi ki, bu əraziləri tərk etsinlər. Amma onun mövqeyi nə Moskvanı, nə də Tehranı qane edir.
Bazar ertəsi Rusiyanın müdafiə naziri Sergey Şoyqu fikir ayrılıqlarının nizama salması məqsədi ilə Ankaraya səfər etdi, ancaq belə başa düşülür ki, bu səfərin gedişatında mövqeləri dəyişdirmək mümkün olmadı. Həmçinin, Suriyanın şimal-qərb ərazisinin - İdlibin gələcəyi haqqında Ankaranın Moskva və Tehranla prinsipial fikir ayrılıqları mövcuddur. Türkiyə həmçinin, Suriyanın gələcək rəhbərliyi haqqında İranla razı deyil. Ankara Bəşər Əsədin prezident postundan gedişi və keçid hökumətinin formalaşmasına çalışır, Tehran və Moskva isə Bəşər Əsəd rejimini qətiyyətlə dəstəkləyir”.
Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının eksperti Yuri Jarmin hesab edir ki, əgər danışıqlar nəticəsində hansısa bir irəliləmə əldə olunacaqsa, onda bu, ehtimal ki, konstitusiya komitəsinə üzvlüklə bağlı olacaq. Komitənin BMT-nin vasitəçiliyi vaxtı müharibədən sonra yaradılması planlaşdırılır.
Nəticələrdən asılı olmayaraq, Rusiya regional vasitəçi rolunu vurğulamaq və İranı saxlaya biləcək tək dünya dövləti olduğunu göstərmək üçün Soçi sammitindən istifadə edəcək.
ABŞ-ın başçılıq etdiyi ittifaqda da həmçinin, bir çox ziddiyyət var və onun üzvləri əks hədəfləri izləyirlər.
“Hər iki konfransın iştirakçıları, görünür, çətinliklər hiss edir”, - Xarici Siyasi Tədqiqatlar İnstitutunun Yaxın Şərq bölməsinin rəhbəri Eyron Stayn deyib.
Bundan başqa, ABŞ-ın özündə Yaxın Şərq siyasəti məsələlərində ciddi fikir ayrılıqları mövcuddur. ABŞ-ın vitse-prezidentinin Yəmən böhranında İranı ittiham etməsindən bir neçə saat sonra ABŞ Konqresi Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya ABŞ-ın hərbi dəstəyinin dayandırılmasına səs verdi. Koalisiya Yəməndə məhz İranın dəstəklədiyi husi döyüşçüləri ilə vuruşur və Yəmənin paytaxtı hazırda iranmeylli qiyamçıların nəzarətindədir.
Bir çox mütəxəssislər və diplomatlar həmçinin, ABŞ-ın siyasətinin yekdilliyini şübhə altına qoyurlar. Donald Tramp administrasiyası İrana qarşı durmaq cəhdindən danışır, amma Amerika qoşunlarının Suriya və Əfqanıstandan çıxarılmasından qürurla bəhs edir. Və həmin vaxtda İran tərəfindən dəstəklənən silahlı birləşmələr və Livanın “Hizbullah” təşkilatı yerində qalır, hərəkət etməyə davam edirlər.
Baxmayaraq ki, ABŞ İran barəsində sanksiyaları kəskinləşdirməyə davam edir, amma beynəlxalq şirkətlər kənarda dayanırlar. İrana əlverişli iqtisadi girişə malik əsas ölkələr olan Rusiya, Çin və İraq konfransa dəvəti qəbul etmədilər.
Zidiyyətləri göstərən daha bir hadisə, mümkündür ki, təsadüfi olsun: Varşavada sammit başlanan kimi, Səudiyyə Ərəbistanı Polşadan ət idxalına embarqo tətbiq etdi.
Fevralın 13-də isə Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanını terrorizmi maliyyələşdirən və çirkli pullara mübarizədə müvəfəqqiyyətsiz ölkələr siyahısına əlavə edib. Ər-Riyadın Yaxın Şərqdə əsas müttəfiqlərindən biri və anti-İran cəbhəsinin əsas üzvlərindən biri olduğunu nəzərə alsaq, bunun hansı anlama gəldiyini asanlıqla başa düşülər.
Ömər Dağlı
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı