Yaxın Şərq
Müharibə hər an başlaya bilər - Türk ordusu HƏRƏKƏTƏ KEÇDİ
Türkiyə ilə Rusiya-Əsəd-İran üçlüyü arasındakı gərginlik Suriyanın İdlib şəhərinə bağlı Sərakib qəsəbəsində düyünlənib.
Publika.az xəbər verir ki, Bəşər Əsəd rejimi M4 və M5 quru yollarının kəsişdiyi qəsəbəni ələ keçirib İdlib üzərində təzyiq qurmaq istəyir.
Beləliklə, Türkiyə Silahlı Qüvvələri ilə rejim arasındakı məsafə 1 kilometrə düşüb.

Müxalif qüvvələrin əlindəki son qalalardan biri olan İdlib rejim Rusiya və İranın dəstəyilə addım-addım işğal olunur. “İdlibə açılan qapı” adlandırılan Sərakib qəsəbəsi İdlib şəhər mərkəzindən 17 km məsafədədir. Qəsəbəni strateji edən sadəcə İdlibə yaxınlığı deyil, həm də ölkənin cənubu ilə şimalını Dəməşq ilə bir-birinə bağlayan M5 quru yolu ilə Lazkiyə, İdlib və Hələbdən İraqa gedən M4 quru yolunun kəsişməsində yerləşməsidir.
Türkiyə Silahlı Qüvvələri İdlibdə yaşayan 1 milyon insanın qaçqın düşməməsi üçün bölgədəki güclərini möhkəmləndirib. Müşahidə məntəqələrinin sayı 4-ə çıxıb. Bununla birlikdə İdlibdəki baza sayı 17-ə çatıb. Bu bazalara 7 konvoy şəklində 400 maşınlıq sursat göndərilib. Maşınlarda silah-sursatla yanaşı, hücumlara layiqli cavab vermək üçün təkmilləşdirilmiş raket sistemləri də var.
Qeyd edək ki, Bəşər Əsəd rejimi və dəstəkçilərinin İdlibə hücumları nəticəsində son 2 gündə 40 min insan Türkiyə sərhədinə doğru irəlilləyib. Buradakı insan sayı 1 ildə 1 milyon 677 minə çatıb.
Zümrüd
-
Rəsmi xronika14:20İlham Əliyev Məsud Pezeşkiana zəng etdi
-
İdman13:52Dünya bundan danışır: “Real”ın ulduzu oğurlanıb və öldürülüb - FOTO
-
MDB13:46Şimali Koreya Rusiyaya daha 10 min əsgər göndərir: Zelenski Putinin planını açıqladı
-
Rəsmi xronika12:14İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO
-
MDB12:03Lixaçev Putinə hesabat verdi: Ermənistanı tərk edə bilmərik
-
Sosial11:27Müəllimin həbsi ilə bağlı Qarabağ Universitetindən AÇIQLAMA
-
Kriminal11:00Məşhur qəzetin əməkdaşı parkda güllələndi - Qayınatası və qayınanası saxlanıldı
-
Hadisə10:39Qarabağ Universitetinin müəllimi həbs olundu

















.jpg)




















.jpg)
.jpg)

