Yaxın Şərq
İranın GİZLİ NÜVƏ PLANI: Yeraltında inşa olunan şübhəli obyekt – ŞOK İDDİA
İranın nüvə silahı əldə etmək üçün yeni obyektlərin tikintisini davam etdirdiyi iddia olunub.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, ABŞ-ın “Assoşieyted Press” agentliyi Tehrandan 90 km məsafədə yerləşən Fordo nüvə obyektində inşa olunan yeraltı infrastrukturun peyk görüntülərini yayımlayıb.
“Maxar” texnologiyası vasitəsilə 4 oktyabr-11 dekabr tarixlərində peykdən çəkilən iki fotoda zəlzələ və hücumlara davamlı olması planlaşdırılan yeraltı obyektin inşasında çox sayda sütunların tikildiyi bəlli olub. Rəsmi adı Şəhid Əli Məhəmmədi Nüvə Mərkəzi olan və Qum şəhəri yaxınlığında inşa olunan yeraltı infrastruktur haqda geniş məlumat olmasa da, tikinti işlərinin sentyabr ayının sonlarında başladığı deyilib.
Middlböri Beynəlxalq Araşdırmalar Mərkəzininin nüvə mütəxəssisi Cefri Levis verdiyi açıqlamada bildirib ki, bu ərazilərdə baş verən bütün dəyişikliklər İranın nüvə proqramının hansı istiqamətə inkişaf etdirildiyinin bir işarəsi kimi izləniləcək.
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı