Yaxın Şərq
"Taliban"dan Türkiyə ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
"Bütün infrastrukturumuz çökdü. Biz Əfqanıstanı hər sahədə yenidən quracağıq. Bu baxımdan ən çox Türkiyəyə ehtiyacımız var".
Publika.az xəbər verir ki, bunu 1994 -cü ildə "Taliban" qurucuları arasında yer alan və hələ də təşkilatın sözçüsü olan Süheyl Şahin deyib.
İndiyədək Rusiya, İran, Çin kimi bir çox ölkəyə gedib danışıqlar aparan, ancaq Türkiyə ilə daha uzaq bir imic formalaşdıran təşkilatın sözçüsü qeyd edib ki, əslində "Taliban" bilinənlərin əksinə olaraq Türkiyə ilə yaxın münasibətlərinin olduğuna diqqət çəkib: "Türkiyə bizim üçün çox əhəmiyyətli bir güc olmaqla yanaşı, dünyada hörməti olan və qüdrətli bir dövlət, türklər isə İslam dünyası üçün xüsusi bir yerə sahib millətdir. Digər tərəfdən, Türkiyənin Əfqanıstanla bağını heç bir ölkə ilə müqayisə etmək olmaz.
Açıq şəkildə bildirirəm ki, Əfqanıstan İslam Əmirliyi olaraq Türkiyənin dostluğuna, dəstəyinə və əməkdaşlığına digər ölkələrdən daha çox ehtiyacımız var. Əfqanıstan zəngin yeraltı sərvətlərə malikdir. Amma onları emal etməyə gücümüz yoxdur. Bütün infrastrukturumuz işğala və talançı ölkə rəhbərlərinə görə çökdü. Türkiyə ilə səhiyyə, təhsil, iqtisadiyyat, inşaat və enerji sahələrində, yeraltı sərvətlərin işlənməsində əməkdaşlıq etmək istəyirik. Daxili tarazlıqlar tam formalaşdıqdan sonra türk qardaş və bacılarımızın bu məsələlərdə fəal rol oynayacaqları ən böyük gözləntimizdir", - Süheyl Şahin qeyd edib.
Akqabay
-
Magazin203:44"Oscar" mərasiminə qatılmaq əvəzinə Ukraynaya gedən Şon Pennin fotoları yayıldı
-
Dünya02:00İran dünyanın ən böyük maye qaz kompleksinə zərbə endirdi - Qətər sərt addım atdı
-
Qoroskop01:40Günün ulduz falı: gələcəklə bağlı planlarınızı yenidən nəzərdən keçirin!
-
Dünya00:55Xəzər dənizindəki İran gəmiləri vuruldu
-
ABŞ18 Mart 21:39ABŞ vizası almaq istəyənlərin nəzərinə: On beş min dollar və ya…
-
Dünya18 Mart 20:12İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır
-
İnanc18 Mart 19:50Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
-
Kriminal18 Mart 19:4016 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı





































