Yaxın Şərq
İranda daha bir nəfərə edam hökmü oxundu
İranın Ali Məhkəməsi etirazlarda iştirak edən daha bir nəfərə - Məhəmməd Boruqaniyə ölüm hökmü çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyinə istinadən məlumat yayıb. Hökmdə bildirilib ki, o, təhlükəsizlik qüvvələrinin əməkdaşlarından birinə soyuq silahla qəsdən xəsarət yetirib. Təqsirləndirilən şəxs həmçinin Teqer əyalətinin cənub-şərqində yerləşən Pakdaşt şəhərinin prefekturasının binasını yandırıb. O da qeyd olunub ki, Məhəmməd Boruqani öz hərəkətləri ilə “vətəndaşlar üçün qorxulu və təhlükəli vəziyyət yaradıb”.
Yerli medianın məlumatına görə, İran məhkəməsi bundan əvvəl ən azı altı iğtişaşçıya ölüm hökmü çıxarıb.
İranda etirazlar sentyabr ayında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Əmininin ailəsinin dediyinə görə, onun ölümünə səbəb polis əməkdaşları tərəfindən döyülməsi olub.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)