Yaxın Şərq
Ərdoğan Putinlə danışacaq: Nələri müzakirə edəcəklər?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə rusiyalı həmkarı Vladimir Putinlə Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar apara bilər .
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Ərdoğan noyabrın 13-dən etibarən Fələstin-İsrail münaqişəsi ilə bağlı dünya liderləri ilə “telefon diplomatiyası”nı bərpa edəcək. Administrasiya Ərdoğanla Putin arasında təmasların təşkilinə razılıq verib.
“Çox güman ki, cənab prezident Rusiya lideri ilə regiondakı vəziyyəti müzakirə edəcək. Təbii ki, bir çox sahələrdə ölkələrin fəal əməkdaşlığı nəzərə alınmaqla, cari ikitərəfli gündəlik də nəzərə alınacaq”, - Türkiyə tərəfi mümkün söhbətin mövzularını açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan İsrailin Qəzza zolağına hücumlarını açıq qırğın və barbarlıq adlandırıb. Onun sözlərinə görə, İsrailin hərəkətləri çoxdan özünümüdafiə xarakteri daşımır.
Putin isə daha əvvəl bildirib ki, Moskva Fələstin-İsrail münaqişəsinin həllində iştirak edə bilər. Siyasətçinin sözlərinə görə, Rusiya qarşıdurmanın hər iki tərəfi ilə xüsusi əlaqələr qurub.
Cəmilə
-
ABŞ02:43Düzgün cavabları almasaq... - Trampdan İrana sərt xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: böyük bir maddi yükdən azad olacaqsız
-
Hadisə00:27Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə: 21 nəfər xəstəxanalıq oldu - Yeniləndi
-
ABŞ20 May 22:32Tramp arzusunu açıqladı: 2032-ci ilə qədər...
-
Magazin220 May 22:18Haluk Levent reanimasiyaya yerləşdirildi
-
İqtisadi gündəm20 May 21:51Azərbaycan-İran sərhədi ilə bağlı yeni qərar
-
Magazin120 May 20:00300-dən çox sevgi məktubunu saxlamışdım, indi də yaraşığım qalıb... - Xalq artisti
-
Sosial20 May 18:50Gürcüstana gedənlərin diqqətinə - 12 manatlıq sığorta nələri qarşılayır?


















.webp)



















