Yaxın Şərq
Tramp İrandan yazılı zəmanət istədi: Tehran təsdiqləməlidir ki...
ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqton İrandan nüvə silahı yaratmayacağı ilə bağlı rəsmi yazılı təsdiq gözləyir.
Publika.az xəbər verir ki, Ağ Evdə çıxışı zamanı Tramp deyib ki, hazırda Tehran hakimiyyəti daha çox öz öhdəliklərini rəsmiləşdirməyə çalışır.
ABŞ liderinin sözlərinə görə, İran tərəfi indi diqqətini nüvə proqramından çox, bu məsələ ilə bağlı beynəlxalq təminatların verilməsinə yönəldib.
Xatırladaq ki, mayın 15-də İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını açıqlayıb. O vurğulayıb ki, Tehran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb.
Bundan əvvəl “Fars” agentliyi mənbəyə istinadən İranın ABŞ ilə danışıqları bərpa etmək üçün irəli sürdüyü şərtləri açıqlamışdı.
Məlumata görə, Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını, sanksiyaların ləğvini, dondurulmuş aktivlərinin geri qaytarılmasını və müharibə ilə bağlı ziyanın kompensasiya edilməsini tələb edir.
Bundan başqa, İran Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınmasını da istəyir.
Müəllif: Adəm
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO



































