Yaxın Şərq
Bu ölkə İsraillə sərhədə qoşun yeritdi: Müharibə elanıdır

İordaniya İsraillə sərhədlərində hərbi gücünü möhkəmləndirib və xəbərdarlıq edib ki, İsrailin fələstinliləri İordan çayından keçirməyə məcbur etmək cəhdi sülh sazişinin pozulması deməkdir.
Publika.az xəbər verir ki,baş nazir Bişer Əl Həsəninin sözlərinə görə , ölkəsi İsrailin fələstinliləri İordan çayının qərb sahilindən kütləvi şəkildə qovmaq üçün köçürmə siyasəti həyata keçirməsinin qarşısını almaq məqsədi ilə “ixtiyarında olan bütün vasitələrə” əl atacaq.
Dövlət mediası İsraillə 1994-cü il sülh müqaviləsinə istinad edərək yazır: “Buna gətirib çıxara biləcək hər hansı bir hərəkətin və ya şəraitin yaradılması, İordaniyanın müharibə elanı və sülh müqaviləsinin əhəmiyyətli dərəcədə pozulması hesab olunacaq. Belə bir addım həm də İordaniyanın milli təhlükəsizliyinə xələl gətirəcək”, - Həsəni əlavə edib.
Qeyd edək ki, Misirdən sonra sülh sazişini imzalayan ikinci ərəb ölkəsi sayılan İordaniyanın İsraillə möhkəm təhlükəsizlik əlaqələri var. Lakin İsrail tarixinin ən sağçı hökumətlərindən birinin hakimiyyətə gəlməsi ilə münasibətlər kəskin şəkildə pisləşib.“İsrail öz öhdəliklərinə hörmət etməzsə və onları pozarsa, sülh müqaviləsi rəfdə tozla örtülmüş kağız parçasına çevriləcək”, deyə - Bişer Əl Həsəni bildirib.
Baş nazir, "bütün variantları masaya qoyacağını" vurğulayaraq əlavə edib ki, son vaxtlar İsraillə sərhədlərə qoşun yeridilməsi ölkənin təhlükəsizliyinin qorunması tədbirlərinin bir hissəsidir.
Cəmilə

-
Nida Xəbər 10 Fevral 22:42
Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdi
-
Kriminal10 Fevral 21:17
Vardanyanın cinayət işinin məhkəmə baxışı davam etdirildi
-
Magazin110 Fevral 21:05
Çimnaz Sultanovanın Xalq artisti ilə arxiv VİDEOSU
-
Nida Xəbər 10 Fevral 20:23
Rusiyaya işləməkdə ittiham edilən Elmar Məmmədyarovdan İLK AÇIQLAMA
-
ABŞ10 Fevral 20:00
Ukraynanın ABŞ-ın 52-ci ştatı olması təklif edildi
-
İnanc10 Fevral 19:20
Həcc ziyarətinə gedəcək şəxslərin nəzərinə! - YENİ QADAĞA
-
Kriminal10 Fevral 18:40
Ana 3 övladının biləklərini kəsdi: 2-si öldü
-
Dünya10 Fevral 16:24
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər