YENİ SIÇRAYIŞ: İsrail ordusu tam gücü ilə HÜCUMA KEÇİR
Bizi izləyin

Yaxın Şərq

YENİ SIÇRAYIŞ: İsrail ordusu tam gücü ilə HÜCUMA KEÇİR

"Fələstinin HƏMAS hərəkatının atəşkəs razılaşmasını pozmasından sonra İsrail Müdafiə Qüvvələri (IDF) tam gücü ilə döyüş əməliyyatlarını bərpa edir".

Publika.az "The Times of Israel"ə istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Nazir deyib ki, hərbçilər tam heyətlə döyüş əməliyyatlarına qayıdıblar.

Qeyd edək ki, atəşin bərpası əmri HƏMAS-ın atəşkəs razılaşması çərçivəsində 15 qadın və iki uşağı azad etməkdən imtina etməsindən sonra verilib.

Daha əvvəl İDF HƏMAS-ın atəşkəs rejimini pozmasından sonra Qəzza zolağında 200 terrorçu hədəfi vurduğunu bildirib. Zərbələr minalanmış ərazilərə, həmçinin tunel şaxtalarına, buraxılış qurğularına və hərəkatın operativ idarəetmə mərkəzlərinə endirilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm