Qəzzada HƏMAS-ın tunelləri məhv edildi: "Məktəbin həyətində və..."
Bizi izləyin

Yaxın Şərq

Qəzzada HƏMAS-ın tunelləri məhv edildi: "Məktəbin həyətində və..."

İsrail Müdafiə Qüvvələrinin (IDF) 551-ci briqadasının əsgərləri Qəzza zolağının Cebaliya şəhərində Fələstinin radikal HƏMAS hərəkatının yeraltı tunellərini aşkar edərək məhv ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, şəhərdə yeraltı infrastruktur hələ atəşkəsdən əvvəl aşkar edilib:

"Tunellərdən biri yerli məktəbin həyətində bir neçə on metr dərinlikdə, digəri isə yerli HƏMAS liderlərindən birinin evinin altında olub".

Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri və artilleriyası həmçinin texnika, silah, partlayıcı, sursat, raket qurğuları və açıqlanmayan sayda fələstinli hərbçini məhv edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm