İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 800 tunelini aşkar etdi
Bizi izləyin

Yaxın Şərq

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 800 tunelini aşkar etdi

İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının 800-dən çox tunelini aşkarlayıb. Partlayıcı maddələr və bloklar da daxil olmaqla, müxtəlif əməliyyat üsullarından istifadə edilməklə 500-ə yaxın şaxta məhv edilib".

Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tunel şaxtaları yaşayış massivlərində, bir çoxu məktəb, uşaq bağçası, məscid və uşaq meydançaları kimi mülki bina və tikililərin yaxınlığında və ya içərisində yerləşib.

"IDF əsgərləri bəzi tunellərdə çoxlu silah-sursat aşkar edib və bu, HƏMAS-ın Qəzza zolağında terror fəaliyyətləri üçün qəsdən mülki əhalidən və infrastrukturdan necə istifadə etdiyinə dair əlavə sübutlar üzə çıxarıb", - deyə ordu əlavə edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm