"HƏMAS Qəzzaya nəzarəti itirir"
Bizi izləyin

Yaxın Şərq

"HƏMAS Qəzzaya nəzarəti itirir"

"Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağına nəzarəti itirir, onun tərəfdarlarının silahlı qüvvələri isə itkilər verir".

Publika.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant deyib.

On bildirib ki, buna İsrail Müdafiə Qüvvələrinin kəşfiyyatla koordinasiyalı şəkildə havadan, dənizdən və qurudan fəaliyyət göstərən qəti və güclü hərəkətləri ilə nail olunur.

"Nəticələrimiz çox əhəmiyyətli, təsiredici və dəqiqdir", - o mətbuat konfransında bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm