İran “Hizbullah”a yalvarır: ABŞ-ı qəzəbləndirməyin
Bizi izləyin

Yaxın Şərq

İran “Hizbullah”a yalvarır: ABŞ-ı qəzəbləndirməyin

İran hakimiyyəti Livanın şiə təşkilatı “Hizbullah” və digər silahlı qruplardan Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün ABŞ-ı təxribata çəkməməyi xahiş edib.

Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) Livan və İraq rəsmilərinə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən İraq rəsmisi qəzetə deyib: "İran müharibənin genişlənməsinin və geri dönüşü olmayan həddə çatmasının qarşısını almaq üçün əlindən gələni edir".

Nəşrin yazdığına görə, İran hakimiyyəti açıq şəkildə xəbərdarlıq edib ki, respublikanın hərbi qulluqçuları istənilən təhlükəyə cavab verməyə hazırdır, lakin “özəl şəkildə yüksək səviyyəli rəhbərlər ehtiyatlı olmağa çağırırlar”.

Belə ki, Livandakı İran rəsmiləri fevral ayında “Hizbullah” üzvləri ilə görüşdə “İsrailin baş naziri Binyamin Netanyahuya Livanda və ya başqa yerdə daha böyük müharibəyə başlamaq üçün səbəb vermək istəmədiklərini” bildiriblər.

İraqda, mənbələrə görə, İran nümayəndələri bildiriblər ki, regionda münaqişənin bərpası “Amerika qoşunlarının ölkədən çıxarılması ilə bağlı danışıqların sürətinə xələl gətirə bilər”.

ABŞ rəsmilərindən biri qəzetə deyib ki, "İran öz tərəfdarlarının ABŞ və koalisiya qüvvələrinə məhdudiyyətsiz hücum etməsinə icazə verərsə, maraqlarının zərər görəcəyini başa düşə bilər".

Xatırladaq ki, fevralın 9-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Livana və bölgədəki İslami müqavimət qüvvələrinə güclü dəstəyini davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, “Hizbullah” silahlı qüvvələri Livan ordusu və hökuməti ilə koordinasiyada Livanı müdafiə etmək gücündədir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm