İsraillə HƏMAS barışır? - Baydendən sensasion mesaj
Bizi izləyin

Yaxın Şərq

İsraillə HƏMAS barışır? - Baydendən sensasion mesaj

ABŞ prezident Co Bayden gələn bazar ertəsi Qəzza zolağında İsrail və HƏMAS arasında münaqişədə atəşkəsə ümid etdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, müharibə edən tərəflər Qətərdə danışıqlar zamanı başqa şeylərlə yanaşı, girovların azad edilməsi ilə bağlı razılıq əldə etməyə yaxınlaşıblar.

Bayden bir neçə gün ərzində atəşkəsin başlayacağına ümid etdiyini bildirib. "Ümid edirəm ki, həftə sonuna və ya gələn həftənin əvvəlinə qədər atəşkəs əldə ediləcək. Milli təhlükəsizlik üzrə müşavirim mənə deyir ki, biz məqsədə yaxınıq. Hələ bitirməmişik. Ümid edirəm ki, gələn bazar ertəsinə qədər atəşkəs əldə edəcəyik”, - deyə Bayden Nyu-Yorka səfəri zamanı jurnalistlərə bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm