Qəzzaya havadan atılan yardımın paraşütü açılmadı: Ölən və yaralanan  var
Bizi izləyin

Yaxın Şərq

Qəzzaya havadan atılan yardımın paraşütü açılmadı: Ölən və yaralanan  var

Qəzza zolağına yardım aparan təyyarələrin havadan atdığı humanitar yardım qutularının paraşütləri açılmayıb və ərazidə kömək gözləyən fələstinlilərin üzərinə düşüb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib.

Mənbələr yaralıların Qəzza şəhərindəki Şifa və Əl-Ehli Baptist xəstəxanalarına aparıldığını deyib.

Misir, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər, Oman və Bəhreyn son bir həftədir Qəzza zolağına havadan yardım göndərmək üçün birgə əməliyyatlar təşkil edir. Əvvəllər havadan atılan yardımın dənizə düşməsi əlavə problemlər yaratmışdı

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm