“Saraya əl-Qüds”ün oğurladığı Rusiya vətəndaşı sağdır: Müraciət etdi
Bizi izləyin

Yaxın Şərq

“Saraya əl-Qüds”ün oğurladığı Rusiya vətəndaşı sağdır: Müraciət etdi

Radikal İslami Cihad hərəkatının hərbi qanadı olan “Saraya əl-Qüds” qruplaşması bir rusiyalının girov götürülməsi ilə bağlı video yayımlayıb.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb .

Həmin şəxs özünü Aleksandr Trufanov kimi təqdim edib . O, ibrani dilində israilliləri səbirli olmağa çağırıb. Həmçinin 2023-cü il oktyabrın 7-də Fələstin HƏMAS hərəkatının İsrailin cənubuna hücumu zamanı oğurlanaraq Qəzza zolağına necə düşdüyü barədə yaxın günlərdə danışacağına söz verib.

İsrailin Rusiyadakı səfirliyi Trufanovun şəxsiyyətini təsdiqləyib. Diplomatlar rusiyalının ikili vətəndaşlığa malik olduğuna aydınlıq gətiriblər. O, ailəsi ilə birlikdə qaçırılıb, lakin anası, nənəsi və nişanlısı əvvəllər azad edilib. Girovun atası silahlıların hücumundan sağ çıxa bilməyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm