Yaxın Şərq
"Hizbullah" İsrailin hərbi kəşfiyyat bazasını VURDU
Livanın “Hizbullah” hərəkatı İsrailin Təl-Əvivdəki Tel Haim hərbi kəşfiyyat bazasına ilk raket hücumunu həyata keçirib.
Publika.az xəbər verir ki, bu barədə qrupun "Telegram" kanalında məlumat verilib.
“İlk dəfə olaraq düşmən İsrail ordusunun hərbi kəşfiyyat şöbəsi ilə əlaqəli Tel Haim bazasına hücum edilib”, - kanalda bildirilib.
Qeyd edilib ki, hərbi baza Livan-Fələstin sərhədindən 120 kilometr aralıda yerləşir.
Noyabrın 13-də "Hizbullah" hərəkatının döyüşçülərinin ilk dəfə pilotsuz uçuş aparatları ilə İsrail Müdafiə Nazirliyinin baş qərargahının ərazisinə hücum etdiyi bildirilib. Baş Qərargah da Təl-Əvivdə yerləşir.
Hüseyn İbadlı
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir







































