Yaxın Şərq
Silahlı müxalifət qrupları Həmanı da ƏLƏ KEÇİRDİLƏR
Suriyanın silahlı müxalifət qrupları Hələb və İdlib vilayətlərindən sonra ordunun nəzarətində olan Həma vilayətini də ələ keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, axşam saatlarında İdlibin Xan Şeyxun bölgəsini ələ keçirən qruplar irəliləyərək Həmanın şimalındakı Taybetul İmam, Keferzeyte, Keferenbude, Hilfeye, Kaletmadik, Latamine, Soran, Kirnez, Mardes, Hammaiyet və Termele qəsəbələrini də ələ keçiriblər.
Sosial şəbəkələrdə Rusiya və Suriya ordusunun əsgərləri Həma Hava Bazasını boşaltdığı zaman şəhərin mərkəzində müxalif qrupların havaya atəş açaraq qələbələrini qeyd etdiklərini əks etdirən görüntülər yayılıb.
Silahlı qruplar M5 magistral yolu üzərində Həmanın ən əhəmiyyətli bölgələrindən olan Morik rayonuna da daxil olublar.
Hüseyn İbadlı
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
















.jpg)


















