İdman
PSJ-nin qapıçısı məhkəməyə üz tutdu - Aliment davası aparır
PSJ və Rusiya millisinin qapıçısı Matvey Safonov Rusiya Konstitusiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib.
Publika.az xəbər verir ki, o, Ailə Məcəlləsinin alimentin mütənasib hesablanması ilə bağlı müddəasına etiraz edir. Təşkilatın rəsmi saytına görə, Konstitusiya Məhkəməsi Safonovun şikayətini baxılmaq üçün qəbul edib.
Konstitusiya Məhkəməsinin saytında deyilir: “Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi 7 iyul 2026-cı il tarixində keçirilən iclasda M.E. Safonovun Rusiya Federasiyası Ailə Məcəlləsinin 81-ci maddəsinin 1-ci bəndi (alimentin gəlir faizi kimi ödənilməsi) ilə bağlı konstitusiya hüquqlarının pozulması ilə bağlı şikayətini baxılmaq üçün qəbul etdi”.
Xatırladaq ki, məhkəmə əvvəllər qapıçının keçmiş həyat yoldaşına övladı üçün gəlirinin 25%-ni ödəməli olduğuna qərar vermişdi. Ümumilikdə, Matvey artıq 90 milyon rubldan çox pul köçürüb. Safonov bu müddəanın konstitusiyaya zidd elan edilməsini tələb edir və uşağın faktiki ehtiyaclarına uyğun sabit məbləğ müəyyən etməyi təklif edir.
Müəllif:Tural
-
Art23:24Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO
-
Region23:12İranın Milli Təhlükəsizlik Şurası ona tapşırıldı
-
Magazin123:00Lalə Məmmədovanın retro tərzi - FOTO
-
Avropa22:36Çaylar qurudu, "aclıq daşları" üzə çıxdı
-
Nəqliyyat21:12Bakıda 11 marşrutun dayanacaqlarda hərəkəti dəyişdirilir
-
Magazin220:36Botoksdan sonra gözləri əyildi
-
Hadisə19:12Bakıdakı güclü yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Maraq dünyası17:00Sürücü polisin yazdığı cərimə protokolunu yedi



































