İdman
BOK-un Rusiya ilə bağlı qərarı Böyük Britaniyanı qəzəbləndirib
Böyük Britaniyanın Mədəniyyət, Media və İdman üzrə dövlət katibi Liza Nandi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya idmanına qarşı sanksiyaları ləğv etmək qərarına münasibət bildirib.
7 iyulda BOK Rusiya Olimpiya Komitəsinin üzvlüyünü müvəqqəti olaraq bərpa etdi və rusiyalı idmançıların bütün idman növləri üzrə beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı tövsiyələrini ləğv etdi.
Publika.az xəbər verir ki, Nandi “The Guardian” qəzetinə verdiyi açıqlamada deyib:
“BOK-un qərarından son dərəcə qəzəbləndim. Britaniya hökuməti dəfələrlə bildirib ki, müharibə davam etdikcə, Rusiya beynəlxalq idmanda təmsil olunmamalıdır.
Biz Ukrayna ilə həmrəyik. Bundan əlavə, Rusiyanın antidopinq qaydalarına açıq şəkildə məhəl qoymaması onun gələcək yarışlarda iştirakını mənasız edir. Dünyanın hər yerindən olan idmançılar bərabər şəraitdə yarışdıqlarına əmin olmalıdırlar”.
Müəllif: Tural
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO


















.jpg)













.jpg)

