Yaxın Şərq
Əmr verildi: Qəzzalıları “könüllü sürgün”ə göndərmək üçün plan hazırlanır
İsrailin müdafiə naziri İsrael Kats orduya qəzzalıların anklavı könüllü şəkildə tərk etməsinə icazə vermək üçün plan hazırlamağı əmr edib.
Publika.az xəbər verir ki, bu barədə İsrail hərbi idarəsinin mətbuat xidməti məlumat verir.
"Mən ABŞ prezidenti Donald Trampın cəsarətli planını alqışlayıram. Bütün dünyada olduğu kimi, qəzzalılara çıxış və immiqrasiya azadlığı verilməlidir. Plana quru keçidləri vasitəsilə çıxış variantları, həmçinin dəniz və hava yolu ilə çıxış üçün xüsusi tənzimləmələr daxil olacaq", - İsrailin müdafiə naziri bildirib.
Kats əlavə edib ki, o, istənilən qəzzalıya “dünyanın onu qəbul edəcək istənilən yerinə getməyə” imkan verəcək bir planın hazırlanması əmrini verib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlardan sonra Qəzza zolağına “nəzarəti ələ keçirmək” planlarını açıqlamışdı. O hesab edir ki, Qəzza indi sadəcə olaraq yaşamaq üçün yararsızdır. Tramp orada qalan hər şeyi yerlə yeksan etməyi təklif edib. Bundan sonra ABŞ anklavın “sahibi” olmalıdır. Onun sözlərinə görə, bütün fələstinliləri başqa ölkələrə, məsələn, İordaniya və Misirə köçürmək lazımdır.
Tural
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu

























.webp)
.jpg)










