Yaxın Şərq
Netanyahudan ŞOK QƏRAR - Böyük əks-terror əməliyyatı başlayır
İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivin ətraflarında avtobuslarda törədilən silsilə partlayışlardan sonra Fələstin Muxtariyyətində böyük əks-terror əməliyyatı keçirməyi əmr edib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Netanyahu həmçinin təhlükəsizlik qüvvələrinə ölkə şəhərlərində gələcək mümkün hücumlara qarşı qabaqlayıcı tədbirləri gücləndirməyi əmr edib.
Bundan əvvəl İsrail polisinin sözçüsü mayor Mixail Zingerman bildirmişdi ki, Təl-Əviv ətrafında boş avtobusların partladılması çox təhlükəli terror aktının planlaşdırılmasından xəbər verir.
“Times of Israel” qəzeti bir neçə saat əvvəl avtobusun partlaması barədə məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Polis əməkdaşları partlayış baş verən ərazidə ictimai nəqliyyatın hərəkətini dayandırıb.
Fələstinin HƏMAS hərəkatı İsraildə ictimai nəqliyyata edilən hücumlarla bağlı bəyanat yayaraq, hücumları "intiqam" adlandırıb. Hərəkat partlayışları İsrail ordusunun Tulkərm şəhərində keçirdiyi əməliyyatla əlaqələndirib.
Hüseyn İbadlı
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu
-
Yaxın Şərq07:30Üç ölkə hərəkətə keçdi - Yeni sülh masası qurula bilər
-
Ekologiya07:17Bu günə olan hava PROQNOZU















.jpg)






















