Yaxın Şərq
İrandan Trampa xəbərdarlıq: Əsgərləriniz üçün əsl cəhənnəm olacaq
İran Silahlı Qüvvələrinin baş komandanının müavini, kontr-admiral Həbibulla Səyyari ABŞ prezidenti Donald Trampı İrana qarşı mümkün quru əməliyyatı ilə bağlı sərt şəkildə xəbərdar edib.
Publika.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Səyyari bildirib ki, ABŞ İrana qarşı quru əməliyyatına başlasa, bunun ağır nəticələri olacaq.
"Qarşı tərəf bilir ki, belə bir axmaqlıq etsə, çıxışı olmayan əsl cəhənnəmə düşəcək. Nə qədər sərt bəyanatlar versələr də, qüvvələrini bizim sahillərimizə çıxarmağa cəsarət etməyəcəklər", - deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla əldə olunan atəşkəs rejiminin artıq qüvvədə olmadığını və Vaşinqtonun Tehranla danışıqları davam etdirmək niyyətində olmadığını açıqlamışdı.
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı
-
Hadisə12:21Eks-icra başçısı və xanımı məhkəmədə ifadə verdilər








































