Yaxın Şərq
Qəzzada intensiv döyüşlər yenidən başlayır? - Netanyahudan KRİTİK AÇIQLAMA
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında hər an intensiv döyüşləri bərpa etməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
Onun sözlərinə görə, hadisələrin belə nəticəsi olacağı təqdirdə əməliyyat planları artıq hazırlanıb və son məqsəd Fələstinin radikal HƏMAS hərəkatını məğlub etməkdir.
Netanyahu daha əvvəl demişdi ki, İsrail münaqişə sona çatdıqdan sonra Qəzza zolağında HƏMAS və ya Fələstin Milli Administrasiyasının hökmranlığına icazə verməyəcək.
Həmçinin Misirin “Al Qahera News” telekanalı HƏMAS-ın gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirak etməyəcəyini bildirib.
Yanvarın 19-da HƏMAS və İsrail arasında əldə olunan razılaşmanın bir hissəsi olaraq Qəzza zolağında atəşkəs elan edilib. Atəşkəsin ən azı 42 gün davam edəcəyi gözlənilir. Bu müddət ərzində 33 girov İsrailə qaytarılmalıdır, yəhudi dövləti isə 1000-ə yaxın fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.
Hüseyn İbadlı
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu
-
Yaxın Şərq07:30Üç ölkə hərəkətə keçdi - Yeni sülh masası qurula bilər
-
Ekologiya07:17Bu günə olan hava PROQNOZU
















.jpg)





















