Yaxın Şərq
İraq ABŞ-a yeni təhlükəsizlik sazişi təklif edir: Vaşinqton razılaşacaq?
İraq ABŞ-a kəşfiyyat sahəsində əməkdaşlığı da ehtiva edən yeni təhlükəsizlik sazişi təklif edib.
Publika.az xəbər verir ki, bu barədə İraqın müdafiə naziri Sabit əl-Abbasi Səudiyyə Ərəbistanının “Əl-Hədas” telekanalına bildirib.
İraq İslam Dövləti (İD) terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyanın tərkibində 2014-cü ildən orada olan Amerika qoşunlarının 2025-ci ilin payızında ölkədən çıxarılmasını gözləyir. Bağdad koalisiyaya daxil olan ölkələrlə yeni təhlükəsizlik sazişləri bağlamağa hazırlaşır.
“Biz ABŞ-a yeni təhlükəsizlik sazişi təklif etmişik. Saziş hələ araşdırma mərhələsindədir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, ABŞ ilə yeni təhlükəsizlik sazişi “güclü təhlükəsizlik tərəfdaşlığı və kəşfiyyat əməkdaşlığını” nəzərdə tutur.
Eyni koalisiyanın tərkibində ABŞ hərbçilərinin Suriyada olmasından danışan əl-Abbasi deyib ki, Bağdad “Suriya ordusu qurulana və ya ölkənin şimal-şərqində ABŞ ordusunun dəstəklədiyi kürd qüvvələri ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında razılıq əldə olunana qədər ABŞ qoşunlarının Suriyada qalmasına üstünlük verir.
Tural
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu
-
Yaxın Şərq07:30Üç ölkə hərəkətə keçdi - Yeni sülh masası qurula bilər
-
Ekologiya07:17Bu günə olan hava PROQNOZU














.jpg)























