Yaxın Şərq
İsrail Suriyaya kütləvi raket zərbələri endirdi
İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda fəal şəkildə zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz məlumat verib.
Onun sözlərinə görə, bu hücumlar İsrail tərəfinin Suriyanın cənub bölgələrini sakitləşdirmək üçün müəyyən etdiyi “yeni siyasət” çərçivəsində həyata keçirilir. Nazir qeyd edib ki, ölkəsi Suriyanın cənubunun Livanın cənubuna çevrilməsinə icazə verməyəcək.
“Vətəndaşlarımızın təhlükəsizliyini riskə atmayacağıq, Suriya rejimi qüvvələrinin və terror təşkilatlarının Suriyanın cənubundakı təhlükəsizlik zonasında yerləşmə cəhdi atəşlə qarşılanacaq”, - o əlavə edib.
İsrail Müdafiə Qüvvələri (IDF) komandanlıq mərkəzləri və çoxsaylı silah obyektləri də daxil olmaqla hərbi obyektlərə zərbələr endirib.
Fevralın 23-də İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, yəhudi dövləti Suriyanın yeni hakimiyyət orqanlarının silahlı qüvvələrinin Dəməşqin cənubundakı ərazisində görünməsinə icazə verməyəcək və Suriyanın cənubunun tam silahsızlaşdırılmasını tələb edir.
Hüseyn İbadlı
-
Yaxın Şərq11:40ABŞ təsdiqlədi: İsrail bir neçə gündən sonra bu əraziləri qaytaracaq
-
İdman10:38Avropa Parlamenti FİFA-ya müraciət etdi: Rusiyanı Azərbaycana buraxmayın
-
İqtisadi gündəm09:26Lirə ucuzlaşdı - MƏZƏNNƏ
-
İdman09:00Messinin sözləri Argentinada DUAYA ÇEVRİLDİ
-
Sosial08:50Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
-
Avropa08:24İspaniyada dəhşətli meşə yanğını - 12 nəfər həlak oldu
-
Yaxın Şərq07:30Üç ölkə hərəkətə keçdi - Yeni sülh masası qurula bilər
-
Ekologiya07:17Bu günə olan hava PROQNOZU














.jpg)























