Yaxın Şərq
ABŞ bu limanı yerlə bir etdi
ABŞ Mərkəzi Komandanlığı Yəmənin Ras İsa limanını vurduğunu bildirib.
Publika.az xəbər verir ki, məlumatda limanın İranın dəstəklədiyi husilər tərəfindən neft məhsullarının saxlanması və satışı üçün istifadə edildiyi bildirilir.
ABŞ ordusu bildirir ki, obyektin dağıdılması üsyançıların əsas maliyyə mənbəyini və yanacaq təchizatına çıxışını kəsib. CENTCOM öz bəyanatında əməliyyatın radikal hərəkatın iqtisadi bazasını sarsıtmaq məqsədi daşıdığını vurğulayıb.
"ABŞ qüvvələrinin bugünkü hərəkətləri İranın dəstəklədiyi husilərin yanacaq mənbəyini məhv etməyə yönəlib", - ABŞ departamenti bildirib.
Xatırladaq ki, ABŞ-ın Yəmənin Ras İsa limanına endirdiyi zərbələr nəticəsində 13 nəfər ölüb, daha 30 nəfər yaralanıb.
Bundan əvvəl ABŞ “Ənsar Allah” (husilər) üsyançı hərəkatının komandanlıq mərkəzlərinə irimiqyaslı hava zərbələri endirib.
Tural
-
MDB16:05Lavrov Berlinə cavab: "Bu, əsl müharibənin başlanğıcıdıe!"
-
Maraq dünyası15:56Rusiya prezidentinin qarşısına pələng çıxdı - ŞOK KADRLAR
-
MDB15:27Kremldən Paşinyanın çıxışına reaksiya: Suverenliyini göstərmək istəyir!
-
Ekologiya13:03Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
Avropa10:34Britaniya şokda: Mühüm məmurların şəxsi məlumatları internetə sızdırıldı
-
İdman10:25Günün oyunları - AFİŞA
-
İdman09:10Maaşsız oynamağa hazır olsa da, ərəblər buraxmır






























.png)




