Yaxın Şərq
Qəzzada son vəziyyət: Fələstinlilər qayıdır, İsrail bu ərazilərə nəzarət edəcək - XƏRİTƏ
İsrail və HƏMAS arasında əldə olunan atəşkəsin praktiki müstəvidə icrasına strat verilib.
Publika.az xəbər verir ki, saat 12:00-da atəşkəs anlaşmasının qüvvəyə minməsindən dərhal sonra fələstinlilər Qəzzanın cənubundan şimalına – evlərinə dönməyə başlayıb. Qayıdanlar Qəzzanın mərkəzi və cənub bölgələrindən şimala keçidi təmin edən Rəşid küçəsindən istifadə edirlər.
Atəşkəs əldə olunandan sonra İsrail ordusu havaya fişəng ataraq, fələstinlilərin dönə biləcəyi işarəsini verib.

İsrail ordusunun radiosunda yayımlanan açıqlamaya görə, azad edilənlərin siyahısı son anda dəyişib və anlaşma çərçivəsində Əl-Fətihin 11 üzvü əvəzinə, HƏMAS-ın 11 üzvü sərbəst buraxılacaq.
Anlaşmaya əsasən İsrail ordusunun Qəzzada çəkiləcəyi ərazilərin xəritəsi yayımlanıb. Xəritədə əks olunan sarı xətt İsrail ordusunun ilk mərhələdə çəkiləcəyi bölgəni göstərir.
“Əl-Cəzirə”nin məlumatına görə, hazırda Qəzzanın 80 faizinə nəzarət edən İsrail ordusu geri çəkildikdən sonra 58 faiz bölgəyə nəzarətini saxlayacaq. Misirdəki danışıqlarda razılaşdırılan son xəritə isə hələki yayımlanmayıb.

İsrail hərbçilərinin qalacağı bölgələr:
- Neit Lahiya;
- Beit Hanun;
- Qəzza şəhərinin Şucaiyyə, Tuffah və Zeytun məhəllərinin bəzi yerləri;
- Xan Yunus bölgəsinin 2/3 hissəsi;
- Rəfah bölgəsinin əksər hissələri;
Bununla yanaşı, İsrail Qəzzaya giriş və çıxış nöqtələrinin hamısına nəzarəti saxlayacaq.

Artıq İsrail ordusunun razılaşdırılan xəttə qədər geri çəkilməsi prosesinə start verilib.
Asif
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı




















.jpg)


.jpg)


.jpg)













