Yaxın Şərq
Müxalifət nümayəndəsi İsrail Knessetinin yeni spikeri oldu
Müxalif “Yaşar” partiyasından olan deputat Matan Kahana İsrail Knessetinin (parlamentinin) yeni spikeri seçilib.
Publika.az xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.
Kahana Knessetin 120 üzvündən 66-sının dəstəyini qazanaraq hakim “Likud” partiyasının nümayəndəsi Ofir Katz üzərində qələbə əldə edib. Katzı 52 deputat dəstəkləyib. Kahanaya müxalifətdəki yəhudi və ərəb partiyalarının nümayəndələri, Katza isə ultraortodoks partiyalar səs veriblər. Səsvermədən əvvəl təxminən yeddi saat davam edən debatlar keçirilib.
Noyabrın 8-də məlum olub ki, İsrail prezidenti İsxak Hersoq parlament seçkilərinin nəticələrinə əsasən, birləşmiş müxalifətin lideri və “Yaşar” partiyasının rəhbəri Qadi Ayzenkota ölkənin yeni hökumətini formalaşdırmağı tapşırıb.
İsrail parlamentinə seçkilər oktyabrın 27-də keçirilib. Seçici fəallığı 77,7 faiz təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi olub. İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının başçılıq etdiyi hakim koalisiya bütün səslər hesablandıqdan sonra liderliyini qoruyub. Koalisiya 120 deputat mandatından 53-nü əldə edəcək. Bu, siyasi alyansın parlament çoxluğunu təmin edə bilməməsi deməkdir.
Hüseyn İbadlı
-
Yaxın Şərq05:15Müxalifət nümayəndəsi İsrail Knessetinin yeni spikeri oldu
-
İKT04:14"Apple" xidmətlərində nasazlıq bu səbəbdən yaranıb
-
Magazin203:13Məşhur aktrisa üçüncü dəfə ana oldu
-
MDB02:4217 yaşlı yeniyetmə məktəb tualetində ölü tapıldı
-
Dünya01:11Günəşdə güclü alışma baş verdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qarşı tərəfə dəyər vermək arasındakı qızıl balansı tapın
-
Kriminal17 Noyabr 23:48Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin FOTOLARI
-
İdman17 Noyabr 23:24“Mançester Yunayted” almaniyalı futbolçuya "göz qoydu"




































.jpg)