İran ABŞ-ı kimyəvi silahla vuracaq? - Əraqçidən cavab gəldi
Bizi izləyin

Yaxın Şərq

İran ABŞ-ı kimyəvi silahla vuracaq? - Əraqçidən cavab gəldi

İran ABŞ-ı kimyəvi silahla vuracaq? - Əraqçidən cavab gəldi

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Vaşinqtonda kimyəvi silahdan istifadə etməyə hazırlaşması ilə bağlı yayılan məlumatları təkzib edib.

Publika.az xəbər verir ki, nazir bu iddiaları “cəfəngiyat” adlandırıb.

“Son 72 saat ərzində İsrailyönlü media İranın Vaşinqtonda kimyəvi silah tətbiq etməyi planlaşdırdığı, eyni zamanda bəndlərin altında raket bazaları inşa etdiyi barədə məlumatlar yayıb. Bu, cəfəngiyatdır”, - deyə Əraqçi “X” hesabında yazıb.

O, yayılan məlumatları İraq müharibəsi dövründəki təbliğatla müqayisə edib və bu kampaniyada açıq-aşkar İsrail izinin olduğunu bildirib.

Xatırladaq ki, noyabrın 16-da CNN İranın ABŞ rəsmilərinə qarşı kimyəvi silahdan istifadə etməklə hücum planlaşdırdığı barədə məlumat yayıb. “Breitbart News”un istinad etdiyi sənədlərdə ABŞ kəşfiyyatının mümkün hücumun konkret məkanları və hədəfləri barədə məlumat əldə etdiyi iddia olunub.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm