Yaxın Şərq
Müharibə bitməyib, bu qüvvələr aranı qarışdıra bilər - Türkiyəli general
"HƏMAS-İsrail müharibəsi tam olaraq bitməyib, sadəcə fasilə verilib".
Bunu Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-mayor Yücel Karauz bildirdi.
Onun sözlərinə görə, əsirlərin azad edilməsi və İsrail əsgərlərinin ərazilərdən çəkilməsi atəşkəs mərhələsinin başladığını göstərir.
“İmzalanan sülh sazişi atəşkəsi təmin edib, əsirlərin dəyişdirilməsinə və ərzaq yardımlarının bölgəyə çatdırılmasına şərait yaradıb. Hazırda orada bir qarant sistemi qurulur. İsrail ilə Qəzza arasında tampon zona da yaradıla bilər. Lakin bu addımlar həmin ərazidə tam sülh və sabitliyin bərqərar olacağı anlamına gəlmir”, - deyə general qeyd etdi.
Yücel Karauz əlavə edib ki, sülh planında bir çox qeyri-müəyyənliklər qalır:
“İki dövlətli həll variantından bəhs edilmir, prosesin nə vaxt tamamlanacağı da məlum deyil. Oradakı xristian icmasının idarəetmədəki rolu aydın deyil. Qəzzadakı fələstinlilərin gələcəkdə bir dövlət altında qorunması və talelərinin necə olacağı da hələlik sual altındadır. Bunu zaman göstərəcək”.

General bildirdi ki, bu atəşkəs və sülh prosesindən narazı olan qüvvələr vəziyyəti yenidən qarışdırmağa çalışacaqlar:
“Bu prosesdə maraqları zərər görənlər var. Onlar istər bölgə daxilindən, istərsə də kənardan bu sülh mühitini pozmağa cəhd edəcəklər. ABŞ prezidenti Donald Trampın bölgəni ikinci bir Livana çevirmə ideyası da var. O, Qəzzanın Livan kimi, müharibələrdən əvvəlki dövrdə olduğu kimi, ticarət və turizm mərkəzinə çevrilməsini istəyir. Eyni zamanda bu ərazinin ABŞ üçün təhlükəsiz liman və iqtisadi dayaq nöqtəsi olmasını planlaşdırır. Bu isə Amerikanın bölgədəki maraqlarına xidmət edən yeni bir sistemin qurulması deməkdir”.
Onun sözlərinə görə, sülh üçün çoxsaylı dövlət başçısının bir araya gəlməsi, xüsusən Qətər, Misir və Türkiyənin təminatçı və zəmanətçi kimi prosesə qoşulması, hər şəyə baxmayaraq, bu sülhün uzunmüddətli ola biləcəyinə işarədir.
“Qəzzanın bərpası və maliyyələşməsi əsasən Körfəz ölkələrinin üzərinə düşəcək. Xüsusilə Qətər, İordaniya, BƏƏ və Səudiyyə Ərəbistanı bu prosesdə aparıcı rol oynayacaq. Yenidənqurma işlərini isə ilk növbədə Türkiyə olmaqla beynəlxalq şirkətlər həyata keçirəcək”, - deyə Yücel Karauz vurğuladı.
Roza Şəfiyeva
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi







.jpg)



























.jpg)


