Yaxın Şərq
Atəşkəsdən sonra dağıntılar altından 280 cəsəd çıxarıldı
"Müdafiə qrupları son dərəcə çətin şəraitdə çalışmasına baxmayaraq, indiyədək dağıntılar altından 280 cəsədi çıxara biliblər".
Publika.az xəbər verir ki, bu barədə Qəzza Sivil Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal yazılı açıqlamasında bildirib.
Basal qeyd edib ki, təxminən 10 min meyit hələ də dağıntılar altında qalır və beynəlxalq ictimaiyyət ilə humanitar təşkilatlar bu cəsədlərin çıxarılması üçün real addım atmırlar.
O vurğulayıb ki, sivil müdafiə qrupları 24/7 rejimində son dərəcə ağır şəraitdə çalışır və öz vəzifələrini yerinə yetirmək üçün müasir və iri avadanlıqlara ehtiyac duyurlar.
Basal əlavə edib ki, xilasetmə əməliyyatları üçün zəruri olan təcili ehtiyacların siyahısı bütün beynəlxalq qurumlara təqdim olunub və sivil müdafiə qruplarının işləyə bilməsi üçün beynəlxalq səviyyədə təcili siyasi qərar tələb olunur.
“Beynəlxalq ictimaiyyət israilli əsirlərin cəsədlərinin çıxarılmasına xüsusi diqqət göstərdiyi halda, dağıntılar altında qalan minlərlə fələstinlinin ağrısını görməzdən gəlir. Təxminən 10 min fələstinlinin meyiti iki ildir dağıntılar altında yatır və Qızıl Xaçın müdaxiləsini gözləyir,” - deyə Basal tətbiq olunan ikili standartları tənqid edib.
Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması
ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə davam edən danışıqlarda İsrail ilə Həmasın Qəzzada atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini açıqlamışdı.
Misirdə imzalanan razılaşma İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-da gecə saatlarında qüvvəyə minib.
Razılaşmaya əsasən, İsrail ordusunun “sarı xətt”ə çəkilməsindən sonra həmin gün saat 12:00-da Qəzza zolağında atəşkəsin qüvvəyə mindiyi bildirilib.
Hüseyn İbadlı
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
















.jpg)








.jpg)










