Yaxın Şərq
Qəzzadakı beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək
Misir Qəzzadakı beynəlxalq hərbi kontingentə rəhbərlik edəcək.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İndoneziya və Türkiyə də "sabitləşdirmə korpusu"na xeyli sayda hərbçi göndərəcək.
Nəşrin məlumatına görə, ABŞ və Avropa ölkələri BMT Təhlükəsizlik Şurasına Qəzzada beynəlxalq kontingentin yaradılması haqqında qətnamə təqdim edəcək və bu qətnamədə onun mandatını dəqiq müəyyənləşdirəcək. Vaşinqton israr edir ki, BMT korpusa mandat verib.
Eyni zamanda, ABŞ hakimiyyəti Qəzzada yerləşdirilmiş və BMT-nin rəsmi sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərən qoşunlara qarşı çıxır. Qəzet qeyd edib ki, ABŞ anklavdakı qoşunların Haitidə mütəşəkkil cinayətkar qruplarla mübarizə aparan beynəlxalq qüvvələrlə eyni statusa malik olmasını təmin etməkdə maraqlıdır. "The Guardian" yazır ki, Misir hələlik belə yerləşdirmə formatına razılıq verməyib. Qəzet Avropa qoşunlarının Qəzzada təhlükəsizliyin təmin edilməsinə cəlb olunmayacağını vurğulayıb.
Oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp İsrail və Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələrinin Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsini və İsrail qoşunlarının razılaşdırılmış mövqelərə çıxarılmasını nəzərdə tutan sülh planının birinci mərhələsi üzrə razılığa gəldiyini açıqlayıb. Atəşkəs razılaşması oktyabrın 10-da Bakı vaxtı ilə saat 13:00-da qüvvəyə minib.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
















.jpg)








.jpg)










