Yaxın Şərq
Əfqanıstan Pakistanla ANLAŞDI - Silahlar dərhal susdurulur
Əfqanıstan və Pakistan Qətərin paytaxtı Dohada keçirilən danışıqlarda atəşkəs barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, bu barədə ərəb ölkəsinin Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
Qeyd edilib ki, tərəflər hərbi əməliyyatları dərhal dayandıracaqlar. Onlar həmçinin ölkələri arasında sülhün bərqərar olması və sabitliyin möhkəmləndirilməsi üçün mexanizmlər yaratmaq barədə razılığa gəliblər.
Oktyabrın 9-dan başlayaraq altı gün ərzində Əfqanıstan və Pakistan bir-birini bombalayıb, nəzarət-buraxılış məntəqələrini ələ keçirib və 48 saatlıq atəşkəs və münaqişəni dialoq yolu ilə həll edənə qədər “qələbələr” elan edilib. Münaqişə terrorçulara sığınacaq verməkdə qarşılıqlı ittihamlar fonunda genişlənib.
Oktyabrın 13-də ABŞ prezidenti Donald Tramp iki ölkə arasındakı vəziyyəti şərh edib. O qeyd edib ki, o, “sülh qurmaqda yaxşı”dır və Pakistan və Əfqanıstan arasında toqquşmalar barədə eşidib, lakin hazırda başqa münaqişənin həlli ilə məşğuldur.
Hüseyn İbadlı
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































