Yaxın Şərq
İsrail ordusu Qəzzaya zərbələr endirə bilər
İsrail Müdafiə Qüvvələri ( IDF ) Fələstinin HƏMAS hərəkatının atəşkəs rejimini pozduğunu iddia edərək, Qəzza zolağına əlavə zərbələr endirilməsi ehtimalını istisna etmir.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" IDF sözçüsünə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, İsrail tərəfi bir neçə hədəfə zərbələr endirib, lakin Qəzzadakı obyektlərə əlavə hücumların baş vermə ehtimalı qalır.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Kats Qəzza sektorunda atəşkəs rejiminin mümkün pozulmasına görə HƏMAS-a sərt cavab veriləcəyi ilə hədələyib.
Öz növbəsində HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın nümayəndələri Rəfah şəhərində baş verən toqquşmalara aidiyyatlarının olmadığını bildiriblər.
Oktyabrın 19-da bildirilib ki, silahlılar Qəzza sektorunun cənubundakı Rəfah şəhərində İsrail qüvvələrinə hücum ediblər. Buna cavab olaraq IDF həmin əraziyə hava zərbələri endirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
















.jpg)








.jpg)










