Yaxın Şərq
Britaniya İsrailə qoşun göndərdi
Yüksək rütbəli zabitin rəhbərliyi ilə bir qrup britaniyalı hərbçi İsrailə göndərilib.
Publika.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı Böyük Britaniyanın müdafiə naziri Con Hiliyə istinadla məlumat yayıb.
Nazirin sözlərinə görə, əməliyyatların planlaşdırılması sahəsində təcrübəyə malik az sayda britaniyalı hərbçi artıq İsrailə çatıb. Britaniyalı hərbçilər Qəzza zolağında kövrək atəşkəsə nəzarət etmək üçün beynəlxalq səylərə kömək edəcəklər.
Hili qeyd edib ki, ABŞ-ın xahişi ilə britaniyalı hərbçilərə general-mayor rütbəli zabit rəhbərlik edir. O, Qəzzadakı Mülki-Hərbi Koordinasiya Mərkəzindən məsul amerikalı komandirin müavini vəzifəsində çalışacaq.
Hili vurğulayıb ki, London regionda sülhün bərqərar olunmasında mühüm rol oynamaq niyyətindədir.
Xatırladaq ki, oktyabrın 21-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri HƏMAS-ın sülh razılaşmasının şərtlərini pozacağı halda Qəzza sektoruna qoşun yeritmək üçün hazır olduqlarını bildiriblər.
Hüseyn İbadlı
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?

























.jpg)









