Yaxın Şərq
Qəzzada TİBBİ FƏLAKƏT - 7 milyard dollar lazımdır ki...
Qəzza zolağının səhiyyə sisteminin bərpasının xərcləri azı 7 milyard dollar (ABŞ) olacaq.
Publika.az bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə açıqlayıb.
"Qəzzanın səhiyyə sisteminin bərpasının ümumi xərci azı 7 milyard dollar olacaq", - o deyib.
ÜST rəhbərinin sözlərinə görə, təşkilat əvvəllər 41 xəstənin və 145 müşayiətçinin bir neçə ölkəyə təxliyəsinə kömək edib.
"Lakin Qəzzadan kənarda müalicəyə ehtiyacı olan 15 000 xəstə var, o cümlədən 4 000 uşaq", - Qebreyesus izah edib. O əlavə edib ki, 700-dən çox insan təxliyə olunmadan ölüb.
BMT, Aİ və Dünya Bankının əməliyyat hesablamalarına görə, Qəzzanın bərpası təxminən 70 milyard dollar tələb edəcək və bütün ərazilər bərpa olunmayacaq.
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı






































