Yaxın Şərq
Avropa komissarından sensasion çağırış: İsraildə hakimiyyət dəyişməlidir, yoxsa...
Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Aca Lyabib hesab edir ki, Qəzza zolağında davamlı sülhün bərqərar olması üçün İsrail rəhbərliyində dəyişiklik zəruri ola bilər.
Publika.az xəbər verir ki, o, bu barədə Avropanın “Politico” nəşrinə müsahibəsində bildirib.
Belçikalı Avropa komissarı hesab edir ki, uzunmüddətli sülhün əldə edilməsinə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu və onun kabinetinə istinad edən “iki dövlətli həll haqqında eşitmək belə istəməyən ekstremistlər” əngəl törədir.
“Bəzən dövlət başçısı olan məsul şəxsdən çox qəbuledilməz şeylər eşidirik”, - o qeyd edib. Lyabib həmçinin Netanyahunun hətta sülh nizamlanmasında maraqlı olduğuna şübhə etdiyini bildirib.
"Mən buna şübhə edirəm. İndiyə qədər o, atəşkəsi qoruyub saxlaya bilib, ona görə də bundan sonra nə olacağını görəcəyik. Amma onun ikidövlətli həllin əleyhinə olduğunu bilirik", - o vurğulayıb.
Tural
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?

























.jpg)









