Yaxın Şərq
Netanyahu Qəzzaya girəcək qüvvələrdən danışdı: Azərbaycan var?
İsrail ABŞ prezidenti Donald Trampın planı əsasında atəşkəsin təmin edilməsi üçün Qəzza zolağında yerləşdiriləcək beynəlxalq qüvvələrin tərkibini müəyyən etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Baş nazir Benyamin Netanyahu bəyan edib ki, İsrail hansı xarici qüvvələrin Qəzzada beynəlxalq missiyada iştirakına qərar vermək hüququnu özündə saxlayacaq. Bu qərar Donald Tramp administrasiyasının təklif etdiyi atəşkəs planı çərçivəsində qəbul edilir.
Netanyahunun sözlərinə görə, İsrailin mövqeyi Vaşinqtonla həmfikirdir: "Biz öz təhlükəsizliyimizə nəzarət edirik və hansı qüvvələrin bizim üçün qəbuledilməz olduğunu müəyyən edəcək İsraildir".
Ağ Ev ABŞ hərbçilərinin göndərilməsini istisna etsə də, missiyanın tərkibi ilə bağlı İndoneziya, BƏƏ, Misir, Qətər, Türkiyə və Azərbaycanla danışıqlar aparılır.
Netanyahu vurğulayıb ki, İsrail təhlükəsizlik məsələlərində müstəqil olaraq qalır və ABŞ administrasiyasının diktəsi ilə hərəkət etmir.
Lakin diplomatların fikrincə, HƏMAS nümayəndələrinə qarşı əməliyyatdan sonra İsraili sülh planının çərçivəsini qəbul etməyə və Qətərlə əlaqəyə başlamağa məcbur edən məhz Trampın səyləri olub.
Vaşinqton ümid edir ki, ərəb tərəfdaşları girovların mübadiləsini başa çatdırmağa və Qəzzada vəziyyəti sabitləşdirməyə kömək edəcəklər.
Adəm
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?

























.jpg)









