Yaxın Şərq
Qəzzada “tunel diplomatiyası”: Atəşkəs danışıqları dalana dirəndi
Qəzza zolağında daimi atəşkəs əldə etmək məqsədilə aparılan vasitəçilik səyləri davam edir. Lakin danışıqların əsas mövzularından biri Rəfahdakı tunellərdə ilişib qalan HƏMAS yaraqlılarının taleyidir.
Publika.az xəbər verir ki, İsrailin “Maariv” qəzetinə görə, İsrail ordusu “Sarı Xətt” adlanan atəşkəs xəttinin İsrail tərəfində təxminən 200 HƏMAS yaraqlısının qaldığını ehtimal edir.
HƏMAS və vasitəçi ölkələr onların Qəzzaya keçməsinə icazə verilməsini tələb etsələr də, İsraildə bəzi dairələr bu silahlıların tunellərdə zərərsizləşdirilməsini təklif edir. Müzakirə olunan variantlardan biri də tunellərin giriş və çıxışlarının tam bağlanmasıdır.
İsrail mediası yazır ki, ABŞ prezidenti Donald Tramp məsələni həll etməyə çalışır və onların silahlarını, həmçinin tunellərdə saxlanılan girovların meyitlərini təhvil vermələri müqabilində təhlükəsiz keçid imkanının verilə biləcəyi müzakirə olunur.
İsrailin dövlət televiziyası “KAN” hökumətin vasitəçilər vasitəsilə dolayı danışıqlar apardığını bildirib. Lakin İsrail tərəfi keçid icazəsini 2014-cü ildə Rəfahda öldürülən zabit Hadar Qoldinin meyitinin qaytarılması ilə şərtləndirib.
Misir Mətbuat İnformasiya İdarəsinin rəhbəri Ziya Rəşvan isə qeyd edib ki, Qəzza zolağında yaradılması planlaşdırılan beynəlxalq qüvvələrə HƏMAS-ın tərksilahı tapşırılarsa, bu, yeni toqquşmalara səbəb ola bilər. Onun sözlərinə görə, HƏMAS-ın tərksilahı məsələsi hələlik atəşkəs danışıqları çərçivəsində müzakirə olunur.
Roza
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü












.jpg)














.jpg)









