Yaxın Şərq
Keçmiş hərbi prokuroru zəhərləyiblər? - Həkimlər huşsuz halda aşkarladı
İstintaqa cəlb edilmiş İsrailin keçmiş baş hərbi prokuroru, ehtiyatda olan general-mayor Yifat Tomer-Yeruşalmi dərman qəbuluna görə xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə yerli dövlət televiziyası olan Kan məlumat yayıb.
Kan mənbəsinə istinad edib. Qeyd edilib ki, Tomer-Yeruşalmi üçün məhz yuxu dərmanı qəbul etdikdən sonra təcili yardım çağırmalı olublar. Təcili çağırışla gələn tibb işçiləri onu Təl-Əvivdəki İçilov Xəstəxanasına aparıblar. Məlumatda o da qeyd edilib ki, onun həyatı təhlükədə deyil.
"The Jerusalem Post" qəzeti isə yazıb ki, tibb işçiləri general-mayoru "yarı huşsuz" vəziyyətdə nəzarətə götürüblər. Xəstəxana rəsmiləri Tomer-Yeruşalminin artıq ayıldığını bildiriblər.
Hadisə onun ev dustaqlığına buraxılmasından bir neçə gün sonra baş verib.
Xatırladaq ki, bir neçə gün əvvəl həbs olunan sabiq hərbi prokuror ev dustaqlığına buraxılmışdı.
Sözügedən şəxs saxtakarlıq, etimadın sui-istifadə olunması, vəzifə səlahiyyətlərindən sui-istifadə, ədalətə mane olmaq və videomaterialın qanunsuz olaraq mətbuata sızdırılmasında günahlandırılır. Qeyd edək ki, 2024-cü ilin avqustunda İsrail hərbçilərinin fələstinli məhkuma qarşı fiziki zorakılığını əks etdirən videomaterial yayılıb. Yifat Tomer Yeruşalmi ötən həftə videonun yayılmasında rolu olduğunu etiraf edib və istefa verib.
Tural
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü












.jpg)














.jpg)









