Yaxın Şərq
HƏMAS ABŞ-ın Qəzza ilə bağlı qətnamə layihəsinə qarşı çıxdı
HƏMAS ABŞ-ın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi Qəzza ilə bağlı qətnamə layihəsinə qarşı çıxıb.
Publika.az xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Hazem Qasem “Əl-Cəzirə”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sənəddəki düzəlişlər və əsas müddəalar Qəzzada vəziyyəti sabitləşdirməyə xidmət etmir.
O deyib ki, ABŞ layihəsinə alternativ olaraq atəşkəsi gücləndirəcək və bölgədə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə imkan verəcək yeni sənəd hazırlanmalıdır.
Qasem qeyd edib ki, HƏMAS Təhlükəsizlik Şurasının İsrailin Qəzza, İordan çayının qərb sahili və Qüdsə qarşı “təcavüzünün qarşısını alacaq”, eləcə də fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu təmin edəcək qətnamə qəbul etməsində israrlıdır.
Bu gün Təhlükəsizlik Şurası ABŞ-ın hazırladığı qətnamə layihəsini səsverməyə çıxaracaq.
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü


























.jpg)








